Accessibility links

İranda təyyarə qəzası


İranın cənubunda göyərtəsində 66 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Iran Aseman Airlines şirkətinə məxsus ATR-72 təyyarəsi Tehrandan Yəsuc şəhərinə uçurmuş.

Təyyarənin Yəsuc şəhəri yaxınlığında qəzaya uğradığı deyilir.

Dağlıq ərazi və duman xilasetmə komandalarının işini çətinləşdirir.

İSNA agentliyi 60 sərnişin və 6 heyət üzvündən sağ qalanların olmadığını yazır.

Hadisə yerinə çatan helikopterlər təyyarənin Dena dağına (440 metr) çırpıldığını xəbər verir.

On illərdir İranın beynəlxalq sanksiyalar altında olması ölkənin sərnişin təyyarələrinin yenilənməsini imkansız edib. Son illər təyyarə qəzalarının sayı artıb.

XS
SM
MD
LG