Accessibility links

ABŞ İranın 18 bankına sanksiya tətbiq edir


ABŞ hökuməti Tehranı qlobal bank sistemindən daha çox təcrid və ölkənin nüvə silahı istehsal etmək cəhdlərinin qarşısını almaq məqsədilə təzyiqləri artıraraq, İranın 18 bankına qarşı yeni sanksiyalar tətbiq edib.

Maliyyə Nazirliyi bu sanksiyaların indiyə qədər İranın ABŞ sanksiyalarından kənarda qalan 18 bankını hədəf aldığını bildirib.

Nazirlik press-relizində bildirib ki, yeni sanksiyalar “İran hökumətinin nüvə proqramını maliyyələşdirmək və inkişaf etdirmək, raket istehsal etmək, terrorizmi dəstəkləmək və terror şəbəkələrini maliyyələşdirmək üçün istifadə edə biləcəyi maliyyə resurslarının tükənməsinə” yardım edəcək.

“Maliyyə sektorunu müəyyənləşdirmək və İranın on səkkiz böyük bankına sanksiya tətbiq etmək üçün bugünkü fəaliyyət ABŞ dollarının qanunsuz əldə edilməsinin dayandırılması barədə öhdəliyimizi əks etdirir. Bizim sanksiya proqramlarımız İran terror fəaliyyətlərini dəstəkləməsini dayandırana və nüvə proqramlarına son qoyana qədər davam edəcək" - deyə, maliyyə naziri Steven Mnuçin bildirib.

Mnuçinin ABŞ-ın İran xalqını dəstəkləmək üçün humanitar əməliyyatların davam etməsinə icazə verəcəyini deyib.

Sanksiyaların tətbiq edildiyi banklar - Amin İnvestisiya Bankı, Bank Keşavarzi İran, Bank Maskan, Bank Refah Kargaran, Bank-e Shahr, Eghtesad Novin Bank, Gharzolhasaneh Resalat Bank, Hekmat Iran Bank, Iran Zamin Bank, Karafarin Bank, Yaxın Şərq Bankı kimi də tanınan Khavarmianeh Bank, Mehr Iran Credit Union Bank, Pasargad Bank, Saman Bank, Sarmayeh Bank, Kooperativ İnkişaf Bankı kimi tanınan Tosee Taavon Bank və Turizm Bankı.

Bloomberg xəbər agentliyinin bildirdiyinə görə, bu addım İranı qlobal maliyyə sistemindən təcrid edir.

İran iqtisadiyyatı 2015-ci ildə ABŞ-ın İranın nüvə razılaşmasında uzaqlaşmasından və Tramp administrasiyasının tətbiq etdiyi məhdudiyyət və sanksiyalardan sonra tənəzzülə uğrayıb.

ABŞ-n hazırkı sanksiyaları İranın ərzaq, dərman və digər humanitar mallarını deyil, yalnız neft satışı və maliyyə fəaliyyətlərini hədəf alır.

İyun ayında İran prezidenti Həsən Ruhani sanksiyalar və koronavirus səbəbindən ölkənin ən çətin ilini yaşadığını demişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG