Accessibility links

İran həbsxanasındakı qərblilərin taleyi necə olacaq


İranda həbsdə olan ondan çox britaniyalı və amerikalının durumları ilə bağlı narahatlıqlar artmaqdadır. Birləşmiş Ştatlar və Britaniya hökumətləri Tehranı həmin məhbuslara "sövdələşmə aləti" kimi baxmaqda ittiham edir.

Ailələrinin dediyinə görə, Birləşmiş Ştatların İran generalı Qasım Süleymanini öldürməsindən sonra Vaşinqtonla Tehran arasında gərginliyin artması səbəbindən məhbusları uzun müddət həbs cəzası gözləyə bilər.

Britaniya hökumətinin xeyrinə casusluq ittihamı ilə Tehran həbsxanasında saxlanılan İran əsilli britaniyalı Nazənin Zəghari Redkliffin həyat yoldaşı Riçard Redkliff onun ümidsiz olduğunu deyib.

“Biz baş verənlərə görə çox narahatıq, biz bu oyunda həmişə şahmat fiquru qismində olmuşuq. Və biz baş nazirin Nazənin və digərlərinin qorunmasının əsas prioritet olduğunu açıq bildirməsini gözləyirik” - deyə, Riçard Redkliff BBC agentliyinə bildirib.

O, həyat yoldaşı ilə telefon danışığı zamanı 42 yaşlı ananın ona Tehranın Evin həbsxanasında saxlanılan 15-ə yaxın britaniyalı və amerikalı məhbusun hazırkı vəziyyətdə girov kimi istifadə olunacağına inandığını deyib. "Nazənin İranın indi onu və digərlərini həbsxanada daha çox müddətə saxlayacağına görə çox qorxur” - deyə, o bildirib.

Nazənin Zəghari-Retkliff 2016-cı ildə, kiçik qızı Qabrielanı iranlı nənə və babası ilə tanış etmək üçün İrana apararkən Tehran aeroportunda həbs edilib. Ən azı 5 ABŞ vətəndaşı, əsasən də ikili vətəndaşlığı olanlar İranda həbsdədirlər. Onlardan bəziləri ABŞ prezidenti Donald Tramp vəzifəyə gəlməzdən əvvəl həbs edilib.

Robert Levinson
Robert Levinson

Daha bir amerikalı, Federal Kəşfiyyat Agentliyinin keçmiş agenti Robert Levinson on il əvvəl İranda itkin düşmüşdü. İyun ayında Livan vətəndaşı və ABŞ-da daimi sakin olan Nizar Zəkka İran həbsxanasında 4 ilə yaxın qaldıqdan sonra sərbəst buraxılıb. Onun azad edilməsi Livan və ABŞ diplomatlarının lobbiçiliyindən sonra baş verib.

Tramp administrasiyası və Britaniya hökuməti məhbusların azad edilməsini İranla əsas tələb olaraq irəli sürüb. Vaşinqton və London məhbusların saxta ittihamlarla məhkum edildiyini və girov kimi istifadə edilmək üçün həbs edildiyini bildirir. Həbsdə olanların ailələləri isə onların vəziyyətinin hazırda böhranın artığı bir vaxt arxa plana keçəcəyindən ehtiyat edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG