Accessibility links

BMT-nin Nüvə Agentliyi Tehranda danışıqlar aparmaq barədə razılıq əldə edib


BMT-nin Nüvə Agentliyi cümə axşamı İranla uran hissəciklərinin istehsalı edildiyi yerlər kimi həll olunmamış bir sıra məsələlərə aydınlıq gətirmək üçün gələn ay Tehranda danışıqlar aparmaq barədə razılığa gəldiyini bildirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi jurnalistlərə deyib ki, bu görüş əvvəllər məktub və mesaj mübadiləsi yolu ilə aparılan danışıqlardan sonra suallara birbaşa cavab almaq imkanı yaradacaq.

"Bu get-gəl ya uzun müddət davam edəcək, ya da ortaya başqa bir şey çıxacaq. Və mən Tehrandakı iranlı həmkarlarımıza "bunu fərqli bir şəkildə müzakirə etməyin bir yolu olmalıdır" dedim" - deyə, Qrossi bildirib.

Qrossi məqsədinin iyun ayında Beynəlxalq Atom Enerjisi Agentliyinə “daha aydın və anlayışlı” hesabat verə bilmək olduğunu deyib.

Qrossi "Niyyət yaxşıdırsa, əminəm ki, daha yaxşı nəticələr əldə edə biləcəyik" deyib.

Amerika Birləşmiş Ştatları cümə axşamı Qubernatorlar Şurasının iclasında nüvə proqramının dinc olduğunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməli olduğunu bildirib.

2015-ci ildə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranla nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün nüvə proqramını məhdudlaşdırmaq barədə razılığa gəlib. Bunun qarşılığında nüvə proqramının dinc məqsəd daşıdığını deyən İrana sanksiyalar yüngülləşdirilib.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2015-ci ildə sazişin İranın raket proqramını və Yaxın Şərqdə artan nüfuzunu məhdudlaşdırmadığını iddia edərək, İran və dünya qüdrətlərinin imzaladığı razılıqdan geri çəkildi və İrana qarşı sanksiytaları bərpa etdi.

İran müqavilədəki öhdəliklərini ABŞ-ın keçmiş Prezidenti Donald Trampın razılaşmadan geri çəkilməsindən və ABŞ-ın bu ölkəyə qarşı iqtisadi sanksiyalarını bərpa etməsindən təxminən bir il sonra, 2019-cu ildə pozmağa başlayıb və son aylar bunu daha da sürətləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ COVID-19 peyvəndinin gücləndirici dozasını təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG