Accessibility links

İranda ABŞ səfirliyinin zəbt edilməsinin ildönümü qeyd olunur


Bazar ertəsi nüvə sazişinə görə dünya qüdrətləri ilə münasibətləri hələ də gərgin olan İran 1979-cu ildə "Amerikaya ölüm!" şüarları səsləndirən tələbələrin ABŞ-ın Tehrandakı səfirliyinin işçilərinin 444 günlük girov böhranının 40-cı ildönümünü qeyd edir.

Dövlət televiziyası ölkə boyu Birləşmiş Ştatların Tehrandakı keçmiş səfirliyi qarşısına toplaşan nümayişçiləri göstərib.

Builki mitinqlər İranın İraq və Livandakı müttəfiqlərinin genişmiqyaslı etirazları ilə qarşılaşdığı vaxta təsadüf edir. Şiələr üçün İraqın müqədəs Kərbəla şəhərindəki İran konsulluğuna hücum edilib.

Associated Pressin yayımladığı videoda səfirlik qarşısındakı etirazçıların benzin bombaları atmaqla binanın girişində yanğın törətdikləri və əllərində İraq bayraqları ilə divarlarına dırmaşdıqları nümayiş etdirilib. İran mediası isə səfirlik qarşısında etiraz aksiyası keçirdiyini və hər şeyin normal olduğunu bildirib.


Bazar ertəsi Tehranda əsas tədbirlər sərt-xətt tərəfdarlarının ABŞ-ın keçmiş səfirliyinə yürüşü və İran ordusunun generalı Əbdülrəhim Musəvinin müraciəti olub. Yürüş zamanı etirazçılar “Amerikaya ölüm!” və “İsrailə ölüm!” şüarları səsləndirib.

Tehranın Valiye-Əsr meydanında adətən sərt-xətt tərəfdarlarının siyası baxışları nümayiş etdirilən ekranda Amerika bayrağı yandırılarkən dünya boyu insanların bunu alqışladığı nümayiş etdirilib. Ekranda “Biz super qüdrətik!” sözləri yazılıb.

1979-cu ildə İslam İnqilabından sonra Birləşmiş Ştatların Tehrandakı səfirliyinə hücum zamanı ələ keçirilən 52 amerikalı 444 gün girov saxlamışdı. Buna cavab olaraq ABŞ İranla diplomatik əlaqələri kəsmişdi.

Xərçəngdən əziyyət çəkən şah 1979-cu ilin yanvarında ölkədə İslam İnqilabına yol açaraq İrandan qaçdıqdan sonra ölkə separatçı hücumlar, üsyanlar və daxili qüvvələr arasında geniş yayılmış iğtişaşlarla üzləşdi.

O zaman ABŞ prezidenti Cimmy Karter tibbi müalicə alması üçün şaha Nyu Yorka icazə icazə verdi. Elə bu, 1979-cu ilin noyabrın 4-də əvvəlcə səfirlikdə oturaq aksiya keçirməyi planlaşdıran islamçı tələbələrin qəzəbinə səbəb oldu.

XS
SM
MD
LG