Accessibility links

İran ABŞ-ın sanksiyalarının ləğvi tələbini bir daha təkrar edib


İran ABŞ-ın keçmiş Prezidenti Donald Tramp administrasiyasının 2015-ci ildə tərk etdiyi nüvə razılaşması ilə bağlı danışıqlara yalnız sanksiyalar ləğv edildikdən sonra başlaya biləcəyini bazar ertəsi bir daha təkrarlayıb.

Tehranda keçirilən mətbuat konfransında İranın Xarici İşlər Nazirliyinin rəsmisi Səid Xatibzadə deyib ki, ABŞ həqiqətən nüvə razılığı mövzusunda yenidən danışıqlara başlamaq istəyirsə, bunun yalnız bir yolu var - ABŞ sanksiyaları təsirli şəkildə aradan qaldırmalıdır. O, bu barədə bu danışıqlara ehtiyacın olmadığını deyib.

İranın Xarici İşlər Nazirliyinin bir nümayəndəsi də bazar günü Tehranın nüvə silahını inkişaf etdirməməsi üçün məhdudlaşdıran 2015 nüvə sazişi və ya Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) canlanmasına dair danışıqlarla bağlı oxşar şərh verib.

Ağ Evin sözçüsü bazar günü İranın cavabı ilə əlaqədar "məyusluq" ifadə edərək, ABŞ-ın “konstruktiv diplomatiyanı canlandırmağa JCPOA öhdəliklərinə əməl edildiyi təqdirdə” hazır olduğunu deyib.

Sözçü Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurasının digər dörd daimi üzvü - Britaniya, Çin, Fransa və Rusiya, eləcə də Almaniya ilə məsləhətləşəcəyini bildirib.

Tramp ABŞ-ı nüvə razılaşmasından çıxarsa da, ABŞ Prezidenti Co Bayden həm prezidentlik kampaniyası dövründə, həm də vəzifəyə başladığı gündən bəri Rusiya və Çinin daxil olduğu sazişə yenidən qoşulmaq istədiyini bildirib.

ABŞ eyni zamanda Tehranın saxladığı azı beş amerikalı girovun taleyi ilə əlaqədar İranla danışıqlara başlayıb.

XS
SM
MD
LG