ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü İranın nüvə müzakirələrinin yeddinci raundunun noyabrın 29-da Avstriyanın paytaxtı Vyanada başlayacağını təsdiqləyib.
"Biz yeddinci raundu bazar ertəsi, noyabrın 29-da davam edəcəyik. İran üzrə xüsusi elçi Robert Melli ABŞ-ın bu müzakirələriinə yenidən rəhbərlik edəcək" - deyə, Prays bildirib.
Danışıqlar İran və müqavilənin əvvəlki tərəfdaşları arasında gedəcək və Mellinin başçılıq etdiyi ABŞ nümayəndə heyəti bu danışıqlarda dolayısı ilə iştirak edəcək.
"Biz çox aydın şəkildə bildirdik ki, danışıqların uğurla keçməsini və fikir ayrılıqlarının qalan sahələrini aradan qaldırmaq istəyiriksə, danışıqlar altıncı raundun qaldığı yerdən başlamalıdır" - deyə, Prays əlavə edib.
İranın nüvə üzrə müzakirəçisi Əli Bagiri Kani də çərşənbə günü Twitter səhifəsində danışıqların davam etdiriləcəyini bildirib.
"@enriquemora ilə telefon danışığı zamanı qeyri-qanuni və qeyri-insani sanksiyaların aradan qaldırılmasına yönəlmiş danışıqlara noyabrın 29-da Vyanada başlamaq barədə razılığa gəldik" - deyə, Kani yazıb.
Avropa İttifaqının nümayəndəsi Enrike Mora ABŞ və İran, Avropa İttifaqı ilə Rusiya və Çin diplomatları arasında və ilkin razılaşmanın digər üzvləri ilə dolayı danışıqlara vasitəçilik edib.
Danışıqların məqsədi 2015-ci ildə İranın nüvə sazişi kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməkdir.
Keçmiş prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı dünya qüdrətlərinin İranla imzaladığı sazişdən çıxararaq, sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdıran sazişə əməl etməsinə baxmayaraq, İrana yenidən sarsıdıcı cəza tədbirləri tətbiq edib.
Buna cavab olaraq Tehran uranın zənginləşdirilməsi, onun daha yüksək saflığa çatdırması və sentrifuqaların quraşdırılması da daxil olmaqla, paktın tətbiq etdiyi məhdudiyyətləri tədricən pozmağa başlayıb.
ABŞ prezidenti Co Bayden İranın müqavilənin tələblərinə tam əməl edəcəyi təqdirdə razılaşmaya yenidən qoşulacağına söz verib. Lakin aprel ayında Vyanada başlayan dolayı danışıqların altı raundu nəticəsiz qalıb. Danışıqlar İranda iyun ayında keçirilən prezident seçkilərindən və qərb əleyhinə olan sərt xətt tərəfdarı İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra tamamilə dayandırılıb.