Qərb xəbər agentlikləri bildirirlər ki, ABŞ-ın 2015-ci il İran Nüvə Sazişindən çıxmaq qərarından sonra İranın qara bazarlarında yerli valyuta olan riyalın dollara qarşı məzənnəsi əhəmiyyətli dərəcədə zəifləyib.
Yayılan xəbərlərə görə, ABŞ-ın çərşənbə günü sazişdən çıxması qərarını elan etməsindən sonra qara bazarlarda riyal dollarla müqayisədə 80,000-dən 90,000-ə qədər aşağı düşüb. Reuters agentliyi bildirir ki, elandan öncə riyalın dollarla müqayisədə qara bazar məzənnəsi 65,000 idi. İranın keçən aya olan rəsmi valyuta mübadiləsi rəqəmi isə bir dollara 42,000 riyal idi.
İran ictimaiyyəti dollar məzənnəsini rəsmi mübadilə məzənnəsindən daha yüksək olmasını tələb edir. Belə ki, qara bazarda olan məzənnə artdıqca, xaricə səfər edən və xaricdən məhsullar alan iranlıların məsrəfləri daha çox olur.
İran amerikalısı, Nyu Cersidə yerləşən Uilyam Paterson Universitetinin iqtisadçısı Siamak Şocai Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, riyalın zəifləməsi İran hökümətinin iqtisadiyyatı düzgün idarə edə bilməməsi və regional münaqişələrə cəlb olunmasının nəticəsidir. O əlavə edib ki, iranlıların dollar almağının səbəbi, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra ölkənin əsas gəlir mənbəyi olan neftin qiymətini düşəcəyi proqnoz edilməsidir.