Accessibility links

İran həbs edilən vətəndaşlarla bağlı Fransanın bəyanatını tənqid edib


İran çərşənbə axşamı Fransa Xarici İşlər Nazirliyinin dörd Fransa vətəndaşının həbsini "dövlət tərəfindən girov götürülmə" və "şantaj" kimi təsvit etdiyini bəyanatını "müdaxilə" adlandıraraq, onu pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani IRNA dövlət xəbər agentliyinə "Biz yalançı istinadlara əl atmaqla irəli sürülən bu cür qeyri-peşəkar, müdaxiləedici və yersiz mövqeləri qətiyyətlə pisləyirik" deyib.

O, "Fransa Xarici İşlər Nazirliyinin bəyanatında adı çəkilən şəxslər sübutlar və şahidlər əsasında həbs edilib və Fransa hökuməti onların cinayətlərindən xəbərdardır" deyə, bildirib.

Müəllimə Sesil Kohler və onun partnyoru Jak Paris İranda 2022-ci ilin mayında həbs edilib. Onlar işçilər arasında iğtişaşlar yaratmaqda ittiham olunub. Onların ailələri bu ittihamları qəti şəkildə rədd edib.

Fransa Xarici İşlər Nazirliyinin mayın 7-də yaydığı bəyanatda cütlüyün azad edilməsinə çağırılıb və "Fransa dövlətin girov götürmə siyasətini və İran hakimiyyətinin bu kimi daimi şantajlarını pisləyir" deyilib.

Kanani fransızları iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdiyini deyərək, "bu cür bəyanatlara əl atmamağa və diplomatik ədəbdən kənar sözlər işlətməkdən çəkinməyə” çağırıb.

Fransa Kohler və Parisin həbs edildikdən sonra televiziya ilə etdikləri etirafları "məcburi" kimi xarakterizə edib.

Fransanın İranda həbsdə digər iki vətəndaşı da var. Adı Olivyer olan bir şəxs və keçən il milli təhlükəsizlik ittihamı ilə beş il həbs cəzasına məhkum edilən bank işçisi Lui Arno.

Bu dörd şəxs İranın nəzarətində olan azı onlarla Avropa pasportu sahibi arasındadır. Onlardan bəziləri ikili vətəndaşdır.

Forum

XS
SM
MD
LG