Accessibility links

Airbus və Iran Air hava yolları şirkətləri razılıq əldə edib


Airbus və Iran Air hava yolları şirkətləri milyardlarla dollar dəyəri olan 100-dən artıq təyyarə ilə bağlı razılığı yekunlaşdırıb. Bu, İranın sanksiyalardan sonrakı iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

Yanvar ayında elan edilən müqaviləyə əsasən təyyarələrin çatdırılmasına bir neçə ay ərzində başlanılacaq.

Burada təkkeçidli A320 və A330 təyyarələri, habelə genişgövdəli A350 XWB təyyarələr yer alır.



Razılıq İranın ABŞ-ın Boeing Co təyyarə istehsal edən şirkətdən 80 təyyarə almasından sonra əldə edilib. Hər iki razılıq İranın aviasiya sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

ABŞ və digər ölkələr İranın nüvə qproramını məhdudlaşdırması müqabilidə o ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsinə qərar verib.

XS
SM
MD
LG