Accessibility links

İran hava məkanına daxil olan hər bir təyyarənin qarşısının alınacağı barədə xəbərdarlıq verib


İran onun hava məkanına daxil olan hər bir təyyarənin qarşısının alınacağı barədə xəbərdarlıq verib. Xəbərdarlıq Pentaqonun İran körfəzindəki beynəlxalq sularda İranın ABŞ-ın politsuz təyyarəsini atəşə tutmasını bildirməsindən bir gün sonra səslənib.

İranın müdafiə naziri Əhməd Vahidi insidenti təsdiq edərək, İranın hava qüvvələrinin dərhal əməlaiyyata keçdiyini bəyan edib. Nazir təyyarənin İranın hava məkanına daxil olduğunu bildirib.

İranın İnqilab Qvardiyasının generalı Məsud Cəzayeri bu haqda heç nə deməsə də, İranın hava, yer və su olmasından asılı olmayaraq, heç bir təcavüzü cavabsız qoymayacağını bəyan edib.

Pentaqonun sözçüsü Corc Littl bildirib ki, ABŞ İrana qüvvələrini hazır vəziyyətə gətirdiyi bə İran körfəzində kəşfiyyat əməliyyatlarını davam etdərəcəyi barədə məlumat verib. O, Amerikanın buna diplomatik və ya hərbi yolla cavab verə biləcəyini deyib.
XS
SM
MD
LG