Accessibility links

ABŞ və İran nüvə proqramına dair danışıqlar keçirəcək


ABŞ və İran nüvə proqramına dair daha yüksək səviyyəli danışıqların keçirilməsi barədə razılıq əldə edib.

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir ki, Amerikanın nümayəndə heyətinə dövlət katibinin müavini Uilyam Börns rəhbərlik edəcək. Müzakirələrə dövlət katibinin nüvə məsələri üzrə yardımçısı Uendi Şerman da qatılacaq.

Danışıqlar İranın ötən ay altılıqla nüvə sazişi ələ edə bilməməsindən sonra keçiriləcək. ABŞ, Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın daxil olduğu P5+1 qrupu razılıq əldə edilməsinə qoyulan möhləti noyabr ayının 24-dək uzadıb.

Müvəqqəti razlığına görə İrana qarşı sanksiyalar yüngülləşdirilib.İran isə bunun müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırıb.

XS
SM
MD
LG