Accessibility links

ABŞ Dövlət Departamenti: İran bir çox cəhətdən sabitliyi pozan amildir


ABŞ Dövlət Departamenti son zamanlar İran və Azərbaycan arasındakı son gərginliklərə münasibət bildirib.

Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 12-də mətbuat brifinqində İran və Azərbaycan arasındakı son durum və Rusiya ilə bağlı jurnalistin suallarını cavablandırıb.

Ned Prays mətbuat brifinqində jurnalistin “Biz İranın qonşu ölkə Azərbaycana qarşı bəyanatlarını gördük. İran Azərbaycanı bölgəyə üçüncü tərəfləri cəlb etməklə hədələyirlər. Bu bəyanatlardan, xüsusən də ABŞ-ın maraqlarının və enerji boru kəmərlərinin bölgədə risk altında ola biləcəyindən narahatsınızmı" sualını cavablandırıb.

“Siz İranı fərqli kontekstdə qeyd etdiniz, bizim Rusiya ilə də ortaq marağımız qarşılıqlı olaraq Birgə Hərtərəfli Fəaliyyət Planına geri qayıtmaqdır.(The Joint Comprehensive Plan of Action (JCPOA). Ortaq maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə də müzakirə etmək imkanımız oldu. ABŞ və Rusiyanın ortaq bir marağı var ki, İran heç vaxt nüvə silahı əldə edə və ya ala bilməsin. İranın regional fəaliyyətlərinə gəldikdə, biz bu məsələdə çox açıq şəkildə mövqeyimizi bildirmişik, biz durduğumuz yerdəyik. İran proksi qüvvələrin, digər regional aktorlara dəstəyi, təhdidləri və daha geniş desək, hədələyici açıqlamaları da daxil olmaqla, İran bir çox cəhətdən sabitliyi pozan amildir" - deyə, Ned Prays bildirib.

Prays həmçinin dövlət katibinin müavini Viktoriya Nulandın Moskvaya səfərinə, orada olan müzakirələrə toxunub.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub.

Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

İran oktyabrın 1-də ölkənin şimal-qərb regionunda hərbi təlimlərə başlayıb. Bəzi müşahidəçilər İran hərbi qüvvələrinin artilleriya, dronlar və helikopterlərin cəlb edildiyi hərbi təlimlərinin İsrailin Tehranın bildirdiyi kimi Azərbaycanda nüfuzunun artması ilə əlaqədar narahatlıqları ilə izah edirlər.

Hərbi manevrlər həmçinin sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın birgə təilmlərindən sonraya təsadüf edir. Bir sıra müşahidəçilərin fikrincə, NATO üzvü olan Türkiyə və Cənubi Asiyada nüvə qüdrətinə malik olan Pakistanın Azərbaycanla birgə hərbi təlimlər keçirməsi İran tərəfindən narahatlıqla qarşılanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG