Accessibility links

Monitor: İranda etirazlar başlayandan bəri 516 nəfər ölüb


ABŞ-da yerləşən insan haqları üzrə müşahidə qrupu İranda hökumət əleyhinə etirazların başlamasından təxminən dörd ay sonra 516 etirazçının öldürüldüyünü bildirib.

İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bazar ertəsi bildirib ki, ölənlər arasında 70 uşaq var.

Hökumətin ictimai nümayişçilərə və müxaliflərə qarşı qəddar basqısı nəticəsində jurnalistlər, hüquqşünaslar, fəallar, rəqəmsal hüquq müdafiəçiləri də olmaqla, hökumətə qarşı çıxan minlərlə insan həbs edilib.

HRANA 687-si tələbə olmaqla, 19,200-dən çox insan həbs edildiyini bildirib.

Qanunvericilər etirazçılara ölüm hökmü də daxil olmaqla, daha ağır cəzalarının verilməsini tələb edib.

"Fərda" radiosunun araşdırmaları son üç ayda azı 44 iranlı etirazçıya qarşı "Allaha qarşı müharibə" və "Yer üzündə korrupsiya" ittihamları irəli sürüldüyünü göstərib. Bu ittihamlar casusluq və ya hökuməti devirmək cəhdləri kimi çox zaman ölümlə cəzalandırılır.

Etirazlar sentyabrın ortalarında İranın əxlaq polisi tərəfindən ölkənin geyim qaydalarını pozduğuna görə həbs edilən 22 yaşlı Məhsa Əmininin polis tərəfindən öldürülməsinə cavab olaraq başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG