Accessibility links

Tehran Jurnalistlər Assosiasiyası: Azı 30 iranlı jurnalist hələ də həbsdədir


Tehran Jurnalistlər Assosiasiyasının çərşənbə günü bildirdiyinə görə, Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyaları ilə əlaqədar azı 30 iranlı jurnalist hələ də həbsdədir.

İran 22 yaşlı Əmininin İranda qadınların geyim qaydasını pozmaq iddiası ilə əxlaq polisi tərəfindən həbs edilən və sentyabrın 16-da həbsdə öldürülməsindən sonra İranda başlayan nümayişlər təxminən dörd aydır davam edir.

Assosiasiyanın bəyanatında sentyabrın ortalarından bəri 70-ə yaxın jurnalistin saxlanıldığı deyilib.

Jurnalistlər Assosiasiyası həbs edilənlərin siyahısını dərc etdiyi Telegram mesajlaşma tətbiqi kanalında onlardan bəzilərinin girov müqabilində sərbəst buraxıldığını, lakin "30 jurnalistin hələ də dindirilmək üçün saxlanıldığını" yazıb.

Siyahılarda Əmininin işini ifşa etməyə yardım edən iranlı jurnalistlər Nilufar Hamedi və Elahe Məhəmmədi də var.

"Etirazlar başlayandan bəri çox sayda jurnalist səlahiyyətli orqanlar tərəfindən də çağırılıb" - deyə, təşkilat əlavə edib.

Çərşənbə günü islahatçı "Hammihan" qəzeti xəbər verib ki, ən son cəza çəkən idman üzrə jurnalisti Ehsan Pirbornaş olub. O, ona qarşı irəli sürülən ittihamlardan danışmayıb, lakin ona verilən 18 illik həbs cəzasının 10 ilini çəkməli olduğunu bildirib.

Oktyabrın sonlarında 300-dən çox iranlı jurnalist və foto-jurnalist "həmkarlarının həbsinə və həbsdən sonra onları mülki hüquqlarından məhrum etdiyinə görə" hakimiyyəti tənqid edən bəyanat imzalayıb.

İran rəsmiləri əsasən "iğtişaşlar" kimi qələmə verdikləri etirazlar zamanı təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla, yüzlərlə insanın öldürüldüyünü, minlərlə insanın həbs edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG