Accessibility links

İranda keçən il nüvə fizikinin qətli ilə əlaqədar bir neçə şübhəli şəxs saxlanıb


İranda keçən il nüvə fizikinin qətli ilə əlaqədar bir neçə şübhəli şəxs saxlanıb
İranda keçən il nüvə fizikinin qətli ilə əlaqədar bir neçə şübhəli şəxs saxlanıb

İranda bir il əvvəl nüvə fizikinin qətli ilə əlaqədar bir neçə şübhəli şəxs həbs edilib. Dövlət televiziyasında bununla bağlı gizli xidmət orqanlarının bəyanatı oxunub. Burada deyilir ki, şübhəli şəxslər İsrailin Mossad kəşfiyyat xidməti ilə bağlı casuslar və terrorçulardan ibarət şəbəkə yaradılıb. Bəyanatda həmçinin İranın təhlükəsizlik xidməttinin İsrailin kəşfiyyat agentliyinə yol tapa bildiyi deyilir. İran keçən il nüvə fiziki Məsud Əli Məhəmmədinin qətlində Birləşmiş Ştatlar və İsraili ittiham edir. O, Tehranda evinin qarşısında öldürülmüşdü. ABŞ rəsmiləri ittihahı cənəfiyyat adlandırıblar. İsrailin kabinet naziri Benjamin Ben Elizer isə deyib ki, İranın İsraili ittiham etməsi təəccüb doğurmur.

XS
SM
MD
LG