Accessibility links

İran polisi etirazçılara atəş açıldığını inkar edir


İran polisi etirazçılara atəş açıldığını inkar edir
please wait

No media source currently available

0:00 0:02:40 0:00

İran polisi Tehranda şənbə günündən bəri etiraz aksiyası keçirənlərə qarşı silahdan istifadə edib. Uktayna təyyarəsinin vurulmasına dair etirazlar zamanı 82-si iranlı olmaqla, 176 sərnişinin ölümünə səbəb olan bu qərarın arxasında duranların cəzalandırılması tələb edilir. Tramp administrasiyası İran hökumətini nümayişçilərə güc tətbiqindən çəkinməyə çağırır.

Tehranın Şərif Texniki Universiteti qarşısına toplaşan nümayişçilər hökumət əleyhinə süarlar səsləndirməklə yanaşı, şəffaflığın təmin edilməsini tələb edib.

"Biz aydınlıq istəyirik. Ölkəmiz illərdir şəffaflıqdan uzaqdır. Bu illər boyu bizi aldadlblar. Üzr istəyirəm, bizə uzunqulaq münasibəti göstərirlər" - deyə, nümayişçilərdən biri deyib.

Etiraz aksiyaları İranın Ukrayna sərnişin təyyarəsini səhvən vurduğunu etiraf etməsi ilə vüsət alıb. Tehran ABŞ-ın dron hücumu zamanı öldürülən generalın qisasını almaq üçün raket hücumları həyata keçirib.

Tələbə etirazçılar dini liderləri ölkənin elit qrupunu hədəf almaqda günahlandırıb.

"Ölkəmizi həmişəlik tərk edən elit nümayəndələr təyyarədə öldürüldü. Əgər bu beynəlxalq üçüş olmasa idi, baş verənlərdən xəbərimiz olmayacaqdı."

Bəzi nümayişçilər öldürülən İran generalı Qasım Süleymaninin şəkli olan plakatları çıxarıb. İğtişaş polisi nümayişləri dağıtmağa çalışıb.

ABŞ Dövlət Departamenitinin sözçüsü Amerikanın Səsinə prezident Tramp və dövlət katibi Mayk Pompeonun tvit hesablarında İran xalqına dəstək verdiklərini bildirib.

"Prezident, dövlət katibi və mənim şəxsən tvitlərimdə İran xalqına dəstək verməyimizin bir səbəbi var. Bu da İran xalqının 40 ildir səriştəsiz və korrupsion rejim altında yaşamasıdır. 40 ildir bu rejim məktəblər, xəstəxanalar, körpülər və buna bənzər işləri dəstəkləməkdənsə, ona yaxın qruplaşmaları nüvə silahı proqramı, əsasən Yaxın Şərq olmaqla, dünyada hərbi kampaniyaları maliyyələşdirir" - deyə sözçü Morqan Ortaqus bildirib.

ABŞ rəsmiləri İranın səlahiyyətli nümayəndələrini dinc nümayişçilərin həbsi və qətlinə son qoymağa çağırıb.

"Biz bir neçə ay bundan əvvəl baş verən hadisələri bir daha görmək istəmirik. O zaman 1500 dinc nümayişçi öldürülmüş, 10 minə yaxın insan həbs edilmişdi. Hadislərin cərəyanını yaxından izləyirik" , Morqan Ortaqus deyib.

BMT-nin baş katibi Antonio Quttüreş deyib ki, nümayişçilərin ölümünə səbəb olan güc tətbiqi geniş araşdırılmalıdır.

Tehranın polis idarəsinin rəisi isə etirazçılara atəş açıldığını inkar edib.

XS
SM
MD
LG