Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri Tehrandadır


Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri Tehranda İranın mübahisəli nüvə proqramını müzakirə edir. Agentliyin nümayəndə heyəti İran rəsmiləri ilə nüvə silahları araşdırmalarına dair etibarlı dəlillər göstərilməsi barədə danışıqlar aparır.

Nümayəndə heyətinin rəhbəri Herman Nakaerts deyib ki, BAEA İranın nüvə silahları ilə bağlı mübahisələrin birdəfləlik həllinə çalışır. O, hökumət icazə verdiyi təqdirdə, agentliyin müfəttişlərinin Pərçin nüvə obyektinə gedəcəklıərini bildirib.

Qərb İranın bu obyektdə nüvə silahları inkişaf etdirdiyindən şübhələnir. İran isə nüvə fəaliyyətlərinin dinc mahiyyət daşıdığını iddia edir.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın ali ruhani rəhbərinin nüvə silahlarının istehsalının qadağan edilməsinə dair göstərişinə hökumət tərəfindən riəyət edildiyini bildirib.
XS
SM
MD
LG