Accessibility links

İran prezidenti: ABŞ nüvə sazişindən çıxsa peşman olacaq!


İran prezidenti ABŞ nüvə sazişindən çıxsa peşman olacağını deyib.

Həsən Ruhani televiziya ilə müraciətində bildirib ki, Amerika bu əməlindən tarixdə heç görünməmiş bir təəssüf hissi yaşayacaq.

“Trampın nüvə sazişi ilə bağlı hər bir qərarına müqavimət planımız var” - deyə, Ruhani əlavə edib.

“Qərarlar bizim atom enerjisi agentliyinə və iqtisadi sektora Amerikanın ölkəmizə qarşı hər bir hücum planına müqavimət üçün təqdim edilib”, İranın dövlət başçısı bildirib.

Trampın nüvə sazişi ilə bağlı hər bir qərarına müqavimət planımız var

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Ötən həftə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Tehran 2015-ci il tarixi nüvə sazişinin şərtlərini yenidən müzakirə etməyəcək.

Zərif YouTube saytında yaydığı bəyanatında bildirib: “İran illər öncəsi razılaşdırılımış və tətbiq edilmiş sənədin təkrar danışıqlarına getməyəcək…Biz həmçinin bu sazişə qoyulan hər hansı ratifikasiya şərtini rədd edirik”.

ABŞ prezidenti Donald Tramp İran sazişindən narazıdır və bu sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün Avropa müttəfiqlərinə mayın 12-dək vaxt verib. O deyib ki, əks halda ABŞ bu sazişi tərk edəcək.

Zərif bildirib ki, Birləşmiş Ştatlar bu sazişi “mütəmadi olaraq, xüsusilə də bizneslərin İrana qayıtmasının qarşısını hədə-qorxu ilə almaqla pozub”.

XS
SM
MD
LG