Accessibility links

İran həbsdə olan 3 Azərbaycan vətəndaşını Bakıya qaytarır


Həbs
Həbs

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib

İran İslam Respublikası həbsdə olan 3 Azərbaycan vətəndaşını Bakıya qaytarır.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Onun sözlərinə görə, İran tərəfi ilə aparılmış danışıqların nəticəsi olaraq bu ölkədə həbsdə olan Kamal Qədirov, Eyvaz Məmmədov və Zamin Həsənov adlı şəxslərin Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Qərarla bağlı Azərbaycanın Tehrandakı səfirliyinə məlumat verilib. Yaxın günlərdə həmin şəxslər vətənə göndəriləcək.

«Azərbaycan dövləti həmişə olduğu kimi, bundan sonra da Azərbaycan vətəndaşlarının maraqlarını müdafiə etməkdə davam edəcək. Bizim də başlıca vəzifəmiz dövlətimiz tərəfindən qarşımıza qoyulan hədəfləri yerinə yetirməkdir», - deyə E. Abdullayev vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG