Accessibility links

İran Azərbaycanında onlarla vətəndaş həbs edilib


Keçən bir neçə gün ərzində İran Azərbaycanının Təbriz, Urmiyə, Ərdəbil, Zəncan, Xoy, Əbhər, Xürrəmdərə və Marağa şəhərlərində onlarla vətəndaş kütləvi nümayişlərə qatılmaq və ya əhalini etiraza çağırmaq səbəbilə nəzarət altına alınıb.

Əhalisinin böyük kəsiminin türk olduğu Həmədan, Qəzvin və Takistan şəhərlərində də etirazlarla bağlı həbslər baş verib.

Qərbi Azərbaycan, Ərdəbil və Qəzvin vilayətlərindəki həbslər rəsmilər tərəfindən təsdiq edilib.

Zəncan ümumi və inqilab məhkəmələrinin baş prokuroru Höccətül-İslam Müzəffəri Zəncan, Əbhər və Xürrəmdərə şəhərlərində təşkil olunan “mitinqlərin başçılarının” nəzarət altına alındığını bildirib.

İran Azərbaycanı - Zəncan
İran Azərbaycanı - Zəncan

Ərdəbil şəhərində isə baş prokuror Nasir Ətəbati 57 vətəndaşın tutulduğunu qeyd edib.

Yarı-rəsmi Mehr agentliyinə istinadən, bunların 40-ı nümayişlərə qatıldıqları zaman polis tərəfindən tutulub. Həmçinin 15 vətəndaş “ictimai nizam və təhlükəsizliyi pozduğu üçün” nəzarət altına alınıb. 3 nəfərin isə “inqilabın ədavətli müxalifləri” olaraq həbs edildiyi bildirilib.

Həmədanda vali, Urmiyədə isə vali müavini etirazlarla bağlı həbslərə dair mətbuata məlumat veriblər. Qərbi Azərbaycan valisinin müavininin bildirdiyinə görə, Urmiyədə 10 nəfər nəzarət altına alınıb.

Marağa - 31 dekabr 2017
Marağa - 31 dekabr 2017

Qəzvin və Takistan şəhərlərində etirazçıların həbsi ilə bağlı məlumat İLNA xəbər agentliyində dərc edilib.

İnternet portallarında Təbriz şəhərində də nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığı haqda məlumat verilib.

Təbriz millət vəkili Şəhabəddin Bimiqdar Təbrizlə bağlı xəbəri təkzib edib. “Təbrizdə mitinq olmayıb ki, kimsə həbs olunsun,” deyə deputat söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG