Accessibility links

İran Azərbaycanında sosial media istifadəçiləri türk dilinin rəsmi olması tələbi ilə kampaniya aparır


Tehran Universiteti - Fevral 2007

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə sosial media istifadəçiləri türk dilinin rəsmi dil olması tələbilə kampaniya aparırlar.

Bir neçə gündür Twitter kimi sosial şəbəkələrdə güneyli istifadəçilər #Türkcə_rəsmi_olsun haştaqı ilə İranda “ictimai ədalətin yerinə yetirilməsini” tələb edirlər.

Türkcə rəsmi olsun haştaqını paylaşan Twitter istifadəçisi Tovhid Cavadi yazıb ki, “ölkənin birliyini qorumaq və birlikdə yaşamağı davam etdirmək üçün türkcənin rəsmi olması gərəklidir. Yoxsa, Azərbaycan və mərkəz arasındakı hissi parçalanma hər keçən gün daha da artacaqdır.”

Türk fəallar, habelə İran Azərbaycanında fəaliyyət göstərən ictimai xadimlər və bəzi yerli siyasətçilər İran İslam Respublikasının son Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar mövqeyinin “İran Azərbaycanında əhalinin narahatlığına səbəb olduğu və türklərin Tehrandan uzaqlaşdığını” önə çəkirlər.

Təbriz millət vəkili Əhməd Əlirza Beyginin dediklərinə görə, “təəssüf ki, heç bir zaman Arazın iki tayındakı dil, mədəniyyət və din birliyinə bölgənin təhlükəsizliyini gücləndirmək yönündə bir imkan olaraq baxılmayıb. Əksinə, Xarici İşlər Nazirliyimiz ‘İranşəhri düşüncəsi’ tərəfdarlarının təsirində qalaraq bu imkanı təhdid olaraq görmüşdür.”

“[İranın] bölünməsinin riskini qaldırmaq üçün Türkcə rəsmi olmalıdır,” deyə Mələk adlı digər Twitter istifadəçisi yazıb.

Haştaqı paylaşan qrafika sənətçisi Atabay Tikantəpəli isə yazıb ki, “İran milliyyətçiləri deyir ki, farsca çox güclü və köklü bir dildir. Niyə türk dilini sərbəst buraxmırsınız ki, azad bir rəqabətdə ən güclü olan qazansın?”

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG