Accessibility links

Amerikanın B-1B bombardman təyyarəsi Yaxın Şərq üzərində uçub


Nüvə razılığının pozulması səbəbindən dünya qüdrətlərinin İranla davam edən gərginliyi fonunda ABŞ Hərbi Hava Qüvvələri İsrail də daxil olmaqla, müttəfiqləri ilə birlikdə Yaxın Şərqin dənizdəki mühün strateji əraziləri üzərində B-1B bombardmançı təyyarəsini uçurduğunu bildirib.

Lancer bombardmançı təyyarəsi şənbə günü bütün neft ticarətinin 20%-nin keçdiyi Fars körfəzinin Hörmüz boğazı üzərində uçub. B-1B, həmçinin Qırmızı dənizin Bab Əl-Məndeb boğazı və Misirin Süveyş kanalı üzərindən də uçub.

Hörmüz körfəzi son illər İranın günahlandırldığı bir neçə hücuma səhnə olub. Qırmızı dənizdə də Tehranla İsrail arasında davam edən gizli müharibə səbəbi ilə qarşıdurmalar yaşanıb.

İslam Respublikası hücumlarla əlaqəsini inkar etsə də, bir sıra hücumlara görə İsraildən nüvə proqramını hədəfləyərək qisas alacağını bildirib.

B-1B ilə yanaşı Bəhreyn, Misir, İsrail və Səudiyyə Ərəbistanınən döyüş təyyarələri də uçuşlar həyata keçirib.

Nə İranın dövlət mediası, nə də BMT-dəki missiyası uçuşlar barədə şərh verib.

ABŞ-ın İrana gücünü nümayiş etdirdiyi bu cür uçuşları Tramp administrasiyası dövründə nüvə baçlıqlı B-52 bombardman təyyarələrinin bir neçə uçuşundan sonra baş verib.

Prezident Donald Tramp 2018-ci ildə Amerikanı birtərəfli qaydada İranın 2015-ci ildə imzalanan nüvə sazişindən çıxarıb. Bu razılaşmaya əsasən Tehran iqtisadi sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini kəskin şəkildə məhdudlaşdırmağa razı olmuşdu.

Prezident Co Bayden nüvə sazişinə yenidən qoşulmağa hazır olduğunu bildirsə də, ali dini rəhbər Ayətullah Əli Xameneyinin dəstəklədiyi sərtxətt tərəfdarı prezidentin seçilməsi ilə Vyanadakı danışıqlar dayandırılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG