Accessibility links

Bəhailər deyir ki, Tehran qəbiristanlığında 30-dan çox qəbir dağıdılıb


İranın Bəhai icmasının rəsmiləri bildiriblər ki, İran təhlükəsizlik qüvvələri Tehranda bəhailərin "Gülüstan Cavid" qəbiristanlığında 30-dan çox qəbri dağıdıb. Bəhailər bunu onların dini inanclarını silmək cəhdi kimi qiymətləndirib.

"Beynəlxalq Bəhai İcması"nın açıqlamasında Xavəran kütləvi məzarlığının hədəf alındığı və məzarların varlığını tamamilə gizlətmək məqsədi daşıdığı deyilib.

Cenevrədəki "Beynəlxalq Bəhai İcması"nın sözçüsü Simin Fahandeyin dediyinə görə, İslam Respublikası hökuməti bu addımları ilə həmin ailələrin nəinki ağrılarını təzələyib, həm də onların dindarlara qarşı "qeyri-insani davranışlarını" vurğulayıb.

İran İslam Respublikası 1979-cu ildə qurulandan bəri yüzlərlə bəhai inanclarına görə həbs edilib və həbsxanalara göndərilib. Azı 200 nəfər ya həbs edilib, ya da edam edilib ki, onlardan bir daha xəbər alınmayıb.

Daha minlərlə insanın ali təhsil almasına qadağa qoyulub, əmlakları müsadirə edilib. Bəhayi qəbiristanlıqları isə tez-tez murdarlanır. Bəhailərin dediyinə görə, qrup sistematik şəkildə hədəf alınır.

Paytaxtın şərqində, müsəlmanların məzarlığından ayrı saxlanan Xavəran qəbiristanlığında ənənəvi olaraq dini azlıqların nümayəndələri dəfn edilir.

Lakin onilliklər ərzində zorla yoxa çıxmalar və məhkəməsiz, gizli edamlar Xavəranı öldürülən minlərlə insanın bəzilərinin məxfi məzarlığı kimi məşhurlaşdırıb.

Forum

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG