Accessibility links

İran ballistik raket sınağı keçirdiyini təsdiqləyib


)
)

İran bu yaxınlarda ballistik raket sınaqdan çıxarıb. Bunu İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) aparıcı komandiri deyib, amma konkret hansı raketin sınaqdan çıxarıldığını açıqlamayıb. Xəbəri “Reuters” Fars News-a istinadən yayıb.

ABŞ dövlət katibi Mayk Pompeo bu ayın əvvəlində İranın “çoxsaylı nüvə başlıqları daşımağa qadir ortamənzilli ballistik raket sınaqdan çıxardığını bildirib. Pompeonun sözlərinə görə, bu raket Yaxın Şərqin istənilən yerini və Avropanın bəzi hissələrini vura bilər.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp mayda İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. O, sazişin qüsurlu olduğunu, İranın ballistik raket hazırlamasını Suriya, Yəmən, Livan və İraqdakı fəaliyyətini məhdudlaşdırmadığını bildirib.

Raket sınaqlarımızı davam etdirəcəyik və bu,sonuncu mühüm sınaq idi”, İnqilab Keşikçilərinin aerokosmik bölümünün rəhbəri Əmirəli Hacızadə deyib.

Hacızadə İranın ildə 50 raket sınaqdan çıxardığını vurğulayıb.

İran hökuməti hərbi qabiliyyətini Vaşinqtonla müzakirə etməyi rədd edir, özəlliklə də Keşikçilərin nəzarətində olan raket proqramını.

Tehran raket proqramının tamamilə müdafiə xarakterli olduğunu deyir, raketlərinə nüvə başlıqları yerləşdirilmədiyini bildirir.

Hacızadə ötən ay demişdi ki, Birləşmiş Ştatların Əfqanıstanda, BƏƏ-də və Qətərdəki bazaları, eləcə də körfəzdəki təyyarədaşıyan gəmiləri İran raketlərinin əhatə dairəsindədir.

XS
SM
MD
LG