Accessibility links

İranda saxlanılan Bəkir Namazi Omana gedib


Bəkir Namazi
Bəkir Namazi

İran dövlət mediasının çərşənbə günü bildirdiyinə görə, saxlanılan İran əsilli amerikalı Bəkir Namazi ölkəni tərk edərək, təyyarə ilə Omana gedib.

Xəbərdə Namazinin Oman Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə mindiyini nümayiş etdirən video yer alıb.

İran Birləşmiş Millətlər Təşkilatının 85 yaşlı keçmiş rəsmisini 2016-cı ildə düşmən hökumətlə əməkdaşlıq etməkdə təqsirli bilib və 2018-ci ildə tibbi səbəblərə görə ev dustaqlığına buraxmadan əvvəl onu 10 il həbs cəzasına məhkum edib.

Birləşmiş Millətlər Təşkilatı şənbə günü Namazinin müalicə almaq üçün İranı tərk etməsinə icazə verildiyini bildirib.

Namazinin oğlu Siamək da 2016-cı ildə ABŞ-ın hər iki şəxs üçün əsassız adlandırdığı eyni ittihamla məhkum edilib.

XS
SM
MD
LG