Accessibility links

İranda bələdiyyə seçkilərində daha çox iranlı iştirak edəcək


İran dövlət televiziyası bildirir ki, gələn ay keçiriləcək bələdiyyə seçkilərində daha çox iranlı iştirak etməyi düşünür.

Bazar ertəsi çıxan hesabatda verilən məlumata görə, bu il 287 min nəfər, yəni keçən illə müqayisədə 14 faiz daha çox insan, namizədliyini irəli sürüb. Onlar İran boyu 111 min şəhər məclisi üzvlüyünə namizədliklərinin təsdiq olunmasını ümid edir.

Namizədlərin qeydiyyatdan keçmək üçün bir həftələri var idi. Təsdiq olunanlarının adının gələn ayın əvvəli parlamentin idarə etdiyi komitə tərəfindən açıqlanacağı gözlənilir.

1990-cı illərdə təşkil olunan bələdiyyə məclisləri şəhər merlərini seçir.

Mayın 19-da keçiriləcək seçki prezident seçkiləri ilə eyni vaxta təsadüf edir.

Qanuna əsasən, İranın hazırkı prezident Həsən Ruhani namizədliyini yenidən irəli sürə bilər.

XS
SM
MD
LG