Accessibility links

İran ABŞ-ın danışıqlar təklifini rədd edir


İranın ali ruhani rəhbəri Birləşmiş Ştatların İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar təkilfini rədd edərək, müzakirələrin heç bir nəticə verməyəcəyini deyib.

Bu gün Web səhifəsinə yerləşdirilən şərhində Ayətulla Əli Xamneyi Birləşmiş Ştatların İranı danışıqlara cəzalandıracağı ilə hədələyərək çağırdığını və ölkəsinin ondan qorxmadığını bildirib.

Keçən həftənin şənbə günü Münhendə Təhlükəsizlik Konfransında çıxış edən Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden deyib ki, əgər İran müzakirələrə ciddi yanaşsa, ABŞ onunla birbaşa danışıqlara hazırdır.

İranın ali ruhani liderinin bəyanatı ABŞ-ın İranın neft sənayesinə təsir edən sanksiyalarının qüvvəyə minməsindən bir gün sonraya təsadüf edir.

Ağ Ev İranın nüvə proqramı və insan haqlarını pozduğuna görə təzyiqləri davam etdirəcəyinə söz verib.
XS
SM
MD
LG