Accessibility links

ABŞ İrana qarşı beynəlxalq sanksiyaların bərpasına söz verib


Amerika Birləşmiş Ştatları İrana qarşı əvvəlki bütün beynəlxalq sanksiyaların sentyabrın 19-da yerli vaxtla saat 20:00-dan etibarən "yenidən qüvvəyə minəcəyini", bu həftə sonu və qarşıdan gələn həftə Vaşinqtonun qayıdılan BMT sanksiyalarını konkret necə tətbiq etməyi planlaşdırdığı barədə daha geniş açıqlama verəcəyini bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Britaniyanın xarici işlər naziri Dominik Raabla birlikdə keçirdiyi mətbuat konfransı zamanı "silah embarqosunu saxlamaq və sanksiyaları yenidən bərpa etmək üçün gələn həftə BMT-yə qayıdacağıq" deyib.

"İranın nüvə silahı əldə etməsinə icazə verilməməsi ilə hamımızin tamamilə razı olduğunu düşünürəm. Eləcə də düşünürəm ki, sülh yolu ilə irəliləyiş əldə edilməsi üçün İrana diplomatik qapıların açıq olduğu fikrini bölüşürük. Bu qərar, bu seçim Tehrandakı rəhbərliyin əlindədir” - deyə, Doiminik Raab bildirib. Lakin o, Britaniyanın yenidən qüvvəyə minəcək sanksiyalarda iştirak edib-etməyəcəyi barədə heç nə deməyib.

Briyaniya, Fransa və Almaniyanın daxil olduğu E-3 avqust ayında bunun İranın nüvə anlaşmasına dəstək səyləri ilə uyğun olmadığını deyərək, ABŞ-ın İrana qarşı BMT sanksiyalarını bərpa etmək addımını dəstəkləmədiyini bildirmişdi.

“Bu ölkələr BMT-nin qətnaməsinə (Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi) məhəl qoyacaqmı? Bunu görəcəyik” - deyə, jurnalistlərlə telefon brifinqi zamanı ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams bildirib.

O əlavə edib ki, E-3 və digər Avropa ölkələri Vaşinqtona İrana qarşı silah emborqosunun ləğvini istəmədiyini bildirsə də, BMT-nin embarqosunun qüvvədə saxlanması üçün heç bir iş görmədikərini deyib.

ABŞ rəsmiləri İranın məhdudiyyətlərdən azad edilməsinin regionda sabitsizliyin artmasına xidmət edəcəyini bildirir.

XS
SM
MD
LG