Accessibility links

BMT-nin baş katibi İrana səfər edəcək


BMT-nin baş katibi Ban Ki-mun gələn həftə bitərəf ölkələrin sammitində iştirak etmək üçün İrana səfər etməyi planlaşdırır.

ABŞ və İsrail bu səfərə etiraz edərəkj onun Tehrana pis siqnal göndərdiyini deyib. Cənab Banın sözcüsü Martin Nesirki səfər barədə məlumatı dünən yayımlayıb. O, qeyd edib ki,

BMT rəhbərinin İrana səfəri İranın nüvə proqramı, terrorizm, Suriyada insan haqları və böhrana dair beynəlxalq içtimayyətin narahatlığını qarşı tərəflərin nəzərinə çatdırmaq xarakteri daşıyır.

Nesirski deyib ki, cənab Ban səfərinin həssas təbiətli olduğundan xəbərdardır, lakin bu səfəri baykot etməklə növbəti həll fürsəti əldən çıxa bilər.

Birləşmiş Ştatlar ehtiyat edir ki, nümayəndə heyyətinin 120 üzvünə ev sahibliyi etməklə İran uğursuzluğundan diqqəti yayındırsın.
XS
SM
MD
LG