Accessibility links

BMT İranın uran zənginləşdirilməsi limitini aşdığını təsdiqləyib


BMT-nin atom agentliyi İranın uran zənginləşdirilməsi limitini aşdığını təsdiqləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirib ki, müfəttişlər İranın nüvə silahından çəkindirmək üçün 3.67 faizlik limiti 4.5 faizə qaldırdığını təsdiq edib.

İranla 2015-ci il nüvə sazişini imzalayan Avropa İttifaqı Tehranın əməlindən hədsiz dərəcəcədə narahat olduğunu bildirib.

Rusiya da narahatlığını ifadə edərək, Trampın nüvə sazişindın çıxmasının qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini deyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Tramp administrasiyası altında İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini deyib.

ABŞ prezidenti daha əvvəl Irana "yaxşısı budur, ehtiyatlı ol" - deyə, xəbərdarlıq edib.

O, administrasiyasının İrana qarşı spesifik ölçülərindən danışmayıb, lakin bildirib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.

Trampın şərhi ABŞ dövlət katibi Mayk Pompeonun tvit edərək "İranın daha artıq təcrid olunması ilə yanaşı, əlavə sanksiyalarla üzləşəcəyini" bildirməsindən sonraya təsadüf edir.

"Dövlətlər İranın nüvə proqramı üçün uran zənginləşdirilməsinə mane olacaq standartlar tətbiq etməlidir. Nüvə silahına malik olacaq İran rejimi dünyaya ən böyük təhlükə ola bilər" - deyə, Pompeo yazıb.

Bazar ertəsi İran ölkənin 2015-ci ildəki beynəlxalq nüvə razılaşması çərçivəsində uranı zənginləşdirmək üçün icazə verilən limiti keçib.

İran dövlət mediası rəsmi nümayəndə Bəhruz Kamalvəndiyə istinadən zənginləşdirmə səviyyəsinin təxminən 5% -ə çatdığını və müəyyən olunan 3.67% məhdudiyyətini pozduğunu bildirib.

O, sanksiyaların yüngünləşdirilməsi yolunda istədiyi köməyi almadığı təqdirdə, İranın nüvə razılaşması çərçivəsində öhdəliklərindən uzaqlaşmaq üçün növbəti addım olaraq uran zənginləşdirməyi davam etdirək 20 faizə artıracağını düşündüyünü deyib.

XS
SM
MD
LG