Accessibility links

Rəsm əsərlərini yeni üsulla yaradan əkizlər


Rəsm əsərlərini yeni üsulla yaradan əkizlər
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Rəsm əsərlərini yeni üsulla yaradan əkizlər

İrandan təsviri sənəti öyrənmək üçün ABŞ-a gələn əkiz bacılar rəsm əsərlərini yeni bir üsulla yaradır.

Səfərani bacıları rəsm əsərlərini Bostonun sənət sahəsinə videoda təqdim edən bir neçə sənətkardan biridir. Onlar ABŞ-a Northeastern Universitetində təsviri sənət üzrə magistr dərəcəsi almaq üçün gəlmişdi.”Mənim adım Fərzanə Səfəranidir. Mənim 30 yaşım var” - deyə, Fəzanə Səfərani bildirir.

isə “Mənim adım Bahari Səfəranidir. Biz əkizik və mən də 30 yaşındayam. Biz Səfərani bacıları adı altında işləyir və vizual sənətlə məşğul oluruq" deyir.

Bacılar Birləşmiş Ştatlarda qalmaq qərarına onlara təklif edilən müxtəlif mənbələri araşdırmaq üçün gəlib. Fəzanə Səfərani: "Biz birlikdə doğulmuşuq, buna görə də heç vaxt əməkdaşlıq etmək qərarı verməmişik. Biz birlikdə fəaliyyət göstərmək üçün doğulmuşuq."

13 yaşında olanda valideynləri onları rəssamlıq kurslarına verib. Onlar ayrı-ayrı çalışsalar da, rəsmlərinə baxan hər kəs onları iki bacının çəkdiyini deyə bilərdi. "Kiçik yaşlarımızdan bəri bizi çox sevindirən və həyəcanlandıran yeganə şey rəsmlərimiz idi. Buna görə də heç vaxt kuklamız olmayıb, heç vaxt parka gəzməyə getmək və ya televizor izləmək istəməmişik. Sadəcə rəsm çəkmək istəmişik" deyir, Fəzanə.

Bacılar ailələrinin və dostlarının dəstəyi ilə vizual sənətin İranda bir karyera kimi qeyri-mümkün olması ilə bağlı qeyri-müəyyənliyə qalib gəlib. Buna baxayaraq, onlar bu yolda mübarizə aparıblar və hətta ABŞ-a gələrkən belə çətinliklərlə üzləşiblər.

Bahari: "Ətrafımızdakı insanlar, valideynlərimiz, ailəmiz, bizi hamı ruhlandırdı və bunu bacardığımızı vurğuladı."

Fərzanə: "Təkcə İranda deyil, hər yerdə olduğu kimi, sənətçi olmaq istəyirsənsə, bu, bir az risklidir, çünki gələcəkdə maddi cəhətdən çətinlik çəkəcəksən."

Bu sənətkarlar ikili hisslərlə əməllər arasındakı boşluğu araşdırır. Onlar yaratdıqları əsərlər vasitəsilə tamaşaçının iştirakının vacibliyini vurğulayır. Onlar öz əsərlərini bir çox məkanda, o cümlədən Boston İncəsənət Mərkəzində sərgiləyir.

XS
SM
MD
LG