Accessibility links

İran Britaniyanın "qeyri-konstruktiv rolunu" tənqid edib


İslam Respublikasının Məhsa Əmininin ölümü ilə nəticələnən üç aylıq etirazlarda iştirak edən Böyük Britaniya ilə əlaqəli "şəbəkə"nin həbsini elan etməsindən bir gün sonra, bazar ertəsi İran Britaniyanın "qeyri-konstruktiv rolunu" tənqid edib.

İranda etirazlar 22 yaşlı kürd qızı Əmininin qadınların geyim qaydalarını pozduğu iddiası ilə Tehranda həbsindən və sentyabrın 16-da öldürülməsindən sonra başlayıb.

Tehran ümumiyyətlə etirazları "iğtişaşlar" adlandırır və Britaniya da daxil olmaqla, xarici düşmənlərini iğtişaşları qızışdırmaqda ittiham edir.

İRNA dövlət xəbər agentliyinin bazar günü bildirdiyinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin cənubundakı "Britaniyadan olan elementlərin birbaşa rəhbərliyi altında" fəaliyyət göstərən ikili vətəndaşlar da daxil olmaqla, yeddi nəfəri həbs edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi mətbuat konfransı zamanı həbs edilənlərlə bağlı suala "bəzi ölkələr, xüsusən də [Britaniya] İrandakı son hadisələrlə bağlı qeyri-konstruktiv rol oynayıb" deyə, cavab verib.

Kənani xarici ölkələr haqqında "Onlar ekstremizmi və iğtişaşları qızışdırmaqda olduqca təxribatçı rol oynayır" deyib.

IRNA Korpusun bəyanatına istinadən "mütəşəkkil şəbəkə" adlandırdığı qrupun "xüsusilə son iğtişaşlar zamanı təxribatçı sui-qəsdlərə rəhbərlik etdiyini" bildirib.

Kirman vilayətində həbs edilən 7 nəfər "son iğtişaşlar zamanı planların hazırlanmasında və idarə olunmasında, eləcə də yerlərdəki hərəkətlərdə iştirak edib" deyə, əlavə edib.

Bəyanatda ətraflı məlumat verilmədən onlardan bəzilərinin "ölkədən qaçmağa çalışan ikili vətəndaşlardır" deyilib.

İranın məhkəmə sistemi keçən ay iğtişaşlar zamanı ikili vətəndaşlar da daxil olmaqla, xaricdən olan 40 nəfərin həbs edildiyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi bildirib ki, "son iğtişaşlarda müxtəlif dərəcələrdə iştirak edən Avropa ölkələrindən bir neçə vətəndaş həbs edilib".

"Konsulluq və siyasi məlumatlar onların ölkələrinə verilib. Müəyyən sayda ölkənin, xüsusən də Avropa və Qərbi Avropa ölkələrinin vətəndaşlarının rolu kifayət qədər aydındır və sübut olunub" - deyə, Kənani əlavə edib.

Sentyabr ayına, etirazlar başlayana qədər bir sıra qərbli, eləcə də ikili vətəndaşlar artıq İranda həbsdə idi.

Qərb hökumətləri Tehranı güzəştlər edilməsi və ya xaricdə həbsdə olan iranlıların azad edilməsi məqsədi daşıyan "girov" siyasətindən istifadə etməkdə ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG