Accessibility links

İran gəmiləri Britaniya tankerinin Hörmüz boğazından keçməsinə mane olmağa çalışıb


Britaniyanın bildirdiyinə görə, cümə axşamı İran gəmiləri Britaniyanın yanacaq daşıyan tankerinin Hörmüz boğazından keçməsinə mane olmağa çalışıb.

Hökumətin bəyanatında deyilib ki, iranlılar Britaniyanın hərbi gəmisindən xəbərdarlıq aldıqdan sonra geri çəkilib.

İranın İnqilab Qvardiyası Britaniyanın bu ittihamını rədd edib və deyib ki, əgər ona hansısa gəmini ələ keçirmək əmri verilsəydi, o bu əmri dərhal yerinə yetirərdi.

İran prezidenti çərşənbə günü Britaniyanın ötən həftə İranın supertankerinin ələ keçirməsinin “nəticələri” ilə üzləşəcəyini deyib. Cəbəllütariq rəsmiləri həmin supertankerin Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğundan şübhələnib.

Tanker ABŞ-la İran arasında Trampın 2015-ci ildə imzalanan nüvə razılığından geri çəkilməsindən sonra gərginliyin artdığı bir vaxt ələ keçirilib.

XS
SM
MD
LG