Accessibility links

İran Britaniyadan ələ keçirdiyi neft tankerini dərhal azad etməsini tələb edir


Xarici İşlər Nazirliyinin sözçüsü İranın İRNA xəbər agentliyinə bildirib ki, İran Britaniyanı Avropanın Suriyaya neft ixracına tətbiq etdiyi sanksiyaları pozduğunu deyərək, keçən həftə ələ keçirdiyi neft tankerini dərhal azad etməlidir.

“Bu, təhlükəli oyundur və nəticələri də pis olacaq. Tankerin ələ keçirilməsi ilə bağlı gətirilən bəhanələr etibarlı deyil və tankerin azad edilməsi bütün ölkələriun maraqlarına xidmət edir” - deyə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bildirib.

İran tanker azad edilmədiyi təqdirdə qarşılıqlı tədbirlərə əl atacağı barədə xəbərdarlıq edib.

Cümə axşamı Britaniya İran gəmilərinin Britaniyanın yanacaq daşıyan tankerinin Hörmüz boğazından keçməsinə mane olmağa çalışdığını, lakin Kral Hərbi Dəniz Donanması gəmisinin xəbərdarlığından sonra geri çəkildiklərini bildirmişdi.

İran isə bu ittihamı rədd edib.

İranla Qərb arasında gərginlik Britaniyanın İranın neft tankerini ələ keçirməsindən sonra daha da artıb. London İran tankerinin BP neft şirkətinin Ərəbistan yarımadasında nəzarətində olan əraziyə yaxınlaşdığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG