Accessibility links

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı dördə çatıb


Yerli medianın bildirdiyinə görə, bazar ertəsi İranın paytaxtı Tehranda bir neçə binanın uçması nəticəsində iki polis məmuru olmaqla, dörd nəfər ölüb, azı 11 nəfərin yaralanıb.

ISNA xəbər agentliyi insident baş verən zaman polis məmurlarının şəhərin cənub-qərbində "icazəsiz tikililərin" planlaşdırılan sökülməsini təmin etdiyini və azı üç nəfərin öldüyünü bildirib.

Tasnim xəbər agentliyi isə bazar ertəsi bildirib ki, Tehranın cənub-qərbində icazəsiz tikililərin uçması nəticəsində ikisi polis və iki mülki şəxs olmaqla dörd nəfər ölüb.

ISNA və Tasnim xəbər verib ki, dağıntılar altında qalan digər şəxslərin tapılması üçün xilasetmə əməliyyatları davam edir.

Agentliyin məlumatına görə, rəsmilər bir binanın sökülməsinə başladığı zaman digər beş bina uçub.

Report agentliyi xəbər verib ki, polisin açıqlamasında uçan binaların "tikinti təhlükəsizliyi tədbirlərinə" uyğun gəlmədiyi bildirilib.

Həmşəhri qəzeti Tehran şəhər rəsmisinə istinadən şənbə günü bildirib ki, son iki il ərzində 46 mindən çox icazəsiz tikilən bina sökülüb.

2022-ci ilin may ayında İranın cənub-qərbində bir binanın çökməsi 43 nəfərin ölümünə bais olmuşdu ki, bu da ölkədə ən ölümcül hadisələrdən biri olmuşdu.

Xuzistan vilayətinin Abadan şəhərində tikintisi davam edən onmərtəbəli Metropol binasının uçması bütün ölkədə etirazlara səbəb olub.

Forum

XS
SM
MD
LG