Accessibility links

İran ABŞ kəşfiyyatına nüvə sirlərini verdiyi iddia edilən casusu edama məhkum edib


İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyin İsmaili

İranın Ali Məhkəməsi çərşənbə axşamı Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda ittiham olunan bir iranlının edam hökmünü təsdiqləyib. Dövlət mediasında onun İslam Respublikasının nüvə proqramı ilə əlaqədar məlumatları Amerikaya ötürdüyü iddia edilib.

İranın Ədliyyə Nazirliyinin sözçüsü Qulamhüseyin İsmaili casus olduğu iddia edilən şəxsin Əmir Rəhimpur olduğunu və onun yaxın zamanda edam ediləcəyini bildirib. İsmaili Rəhimpurun nədə günahlandırıldığı, ya da onun yaşı və kimliyi barədə bir söz deməyib.

Dövlət İRNA xəbər agentliyinin verdiyi məlumata görə, Rəhimpur İranın nüvə proqramı ilə bağlı məlumatları bölüşmək üçün Mərkəzi Kəşfiyyat Agentliyindən pul aldığı iddia edilir.

"Kəşfiyyat agentliyi ilə əlaqə saxladığı müddətdə o, İranın nüvə proqramı ilə bağlı bəzi məlumatları Amerika agentliyinə çatdırmağa çalışaraq, böyük məbləğdə pul alırdı", İRNA-nın məlumatında bildirilir. "Rəhimpurun kimliyi müəyyən edildi, o mühakimə olunaraq, edama məhkum edildi və bu yaxınlarda ölkənin Ali Məhkəməsi hökmü təsdiqlədi və İnşallah o tezliklə cəzalandırılacaq", məlumatda deyilir.

Mərkəzi Kəşfiyyat Agentliyinə müraciət edilsə də, agentlik məsələ ilə bağlı şərh verməyib.

İsmaili Mərkəzi Kəşfiyyat Agentliyi üçün casusluq etdiyi iddia edilən daha iki nəfərin hər birinə 15 il həbs cəzası verildiyini deyib.

XS
SM
MD
LG