ABŞ və İranın yüksək səviyyəli diplomatları İranın nüvə proqramı ilə bağlı Cenevrədə ikigünlük müzakirələri davam etdirir. Tərəflər qoyulmuş möhlətədək əhatəli razılığın əldə edilməsi üçün ciddi addımlar atılmalı olduğunu bildirir.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, Cenevrə müzakirələri İranla altılığın görüşü üçün məsləhətləşmə mahiyyəti daşıyır.
İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İrana qoyulan müddətin daha 6 ay uzalmalı olduğunu bildirib.
Danışıqları dövlət katibinin müavini Uilyam Börns və ABŞ-ın İranla danışıqlarda baş müzakirəçisi,dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Vendi Şerman aparır.
İran və dünyanın altı qüdrətli dövləti arasında danışıqlar iyunun 16-da bərpa etdiriləcək. Qrupa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Birləşmiş Ştarlar, Rusiya, Çin, Britaniya, Fransa üstəgəl Almaniya daxildir.
Dünyanın altı qüdrətli dövləti və İran arasında noyabr ayında əldə edilmiş müvəqqəti razılığa əsasən, İran sanksiyaların bir hissəsinin yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdımalı idi.
İranın nüvə proqramı ilə əlaqədar yekun razılığın iyul ayının 20-ə qədər əldə ediləcəyinə inanılır.
ABŞ və Qərb ölkələri uzun müddətdir İranı nüvə silahları istehsalına çalışmaqda ittiham edir, lakin İran israrla nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir.