Accessibility links

İran Amerika jurnalistini casusluq ittihamı ilə məhkum edib


A giant Hanukkah Menorah set up by the Jewish Chabad Educational Center, is illuminated at the Pariser Platz in front of the Brandenburg Gate in Berlin, Tuesday, Dec. 12, 2017. (AP Photo/Markus Schreiber)
A giant Hanukkah Menorah set up by the Jewish Chabad Educational Center, is illuminated at the Pariser Platz in front of the Brandenburg Gate in Berlin, Tuesday, Dec. 12, 2017. (AP Photo/Markus Schreiber)

İran Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyanın keçən ay casusulq ittiham edilməsindən sonra onun naməlum müddətə azadlıqdan məhrum edildiyini bildirib.

İran məhkəməsinin sözçüsü Qulam Hüseyn Mohseni Ecehi bunu İranın dövlət televiziyasında elan edərək, hökmün hələ "yekunlaşdırılmadığını" deyib.

Rezaiyanın vəkili Leyla Əhsən hökmlə bağlı məlumatlandırılmadığını bildirib.

Washington Post qəzetinin xarici xəbərlər şöbəsinin redaktoru Daqlas Cehl deyib ki, qəzet rəhbərliyinin İranın addımından xəbəri olduğunu, lakin bundan əlavə informasiyaya malik olmadığını bildirib.

"Ceysonun həbsdə olduğu hər gün ədalətsizlikdir. O, səhv heç bir şey etməyib. Ceysonu 488 gün həbsdə saxladıqdan sonra belə İran onun səhv iş görüdüyünə dair bir dəlil gətirməyib. Onun məhkəməsi və məhkum edilməsi saxtadır və o dərhal azad edilməlidir"-deyə Daqlas Cehl deyib.

Qəzetin Tehran bürosunun rəhbəri olan Ceyson Rezaiyan 2014-cü ilin iyul ayında həbs edilib və bu ilin oktyabr ayında ona qarşı ittihamlar irəli sürülb. Rezaiyanın ailəsi və Washington Post qəzeti ittihamları rədd edərək, onun dərhal azad edilməsinə çağırıb.

İranın dövlətə məxsus mediası Rezaiyana çıxarılmış hökmü elan edərək, onun ABŞ və BMT-nin Tehrana qarşı iqtisadi sanksiyaları pozan İran və xarici vətəndaşlar haqda informasiyanı toplayıb Vaşinqtona ötürdüyünü iddia edib. İranın dövlətə məxsus televiziyasında Rezaiyan dəfələrlə "Amerika casusu" adlandırılıb.

İranın nüfuzlu İnqilabi Qvardiyasının kəşfiyyat şöbəsi bu ayın əvvəl açıqladığı hesabatda ABŞ və İran vətəndaşlığına malik Rezaiyanın İranda İslam hökumətini devirməyə çalışan Amerika agenti olduğunu bildirib.

Rezaiyanın həbsi və məhkəməsi ABŞ və dünyanın qüdrətli dövlətlərinin İranla Tehranın nüvə proqramının sanksiyaların yüngülləşdirlməsi müqabilində məhdudlaşdırılmasını nəzərdə tutan nüvə razılaşmasını müzakirə etdiyi vaxta təsadüf edib. Lakin Rezaiyan və İran tərəfindən saxlanılan digər amerikalıların taleyi nüvə razılaşmasında nəzərdə tutulmayıb.

Ceyson Rezaiyanın həyat yoldaşı Yeganə Salehi və ikki foto-jurnalist də onunla birlikdə həbs edilib, lakin sonradan azad edilmişdi.

ABŞ Dövlət Departamenti İranı onun ailəsinə qovuşması üçün dərhal azad etməyə çağırıb. ABŞ həmçinin Tehranı saxladığı daha iki amerikalı, Səid Abedini və Əmir Hikmətini azadlığa buraxmağa və həbs edilmiş dördüncü amerikalı, Robert Levinsonun yerinin müəyyən edilməsi üçün Amerika rəsmilərilə işləməyə çağırıb.

XS
SM
MD
LG