Accessibility links

Çin ABŞ-ı İranla biznes əlaqələri olan banklarına tətbiq edilən sanksiyaları qaldırmağa çağırır


Çin Birləşmiş Ştatları İranla ticari əməkdaşlığa görə Çin banklarına qarşı tətbiq edilən yeni sanksiyaları qaldırmağa çağırıb.

Çinin Xarici İşlər Nazirliyinin nümayəndələri bu gün bildirib ki, sanksiyalar ABŞ-Çin münasibətlərinə mənfi təsir göstərəcək və rəsmi etiraza səbəb olacaq.

ABŞ-ın Maliyə Nazirliyi çərşənbə axşamı Çində Kunlun Bankı və İraqın maliyyə müəssisəsinə qarşı sanksiyalara məruz qalmış İranın bankları ilə ticari əməkdaşlıq etdiyinə görə yeni sanksiyalar tətbiq edəcəyini elan edib.

ABŞ prezidenti Barak Obama çərşənbə axşamı İran enerji və neft-kimyə sektorunu hədəf alacaq yeni sanksiyalar tətbiq edib. Yeni ölçülər İranın beynəlxalq cəzalardan yayınmasının qarşısını almğa yönəlib. Cənab Obama bəyanatda bildirib ki, yeni sanksiyalar İran hökumətinə təyziq göstərmək və hökuməti təcrid etmək üçün gücləndirilmiş səylərdir.
XS
SM
MD
LG