Accessibility links

İranın həbsdə olan din xadimi törətmədiyi cinayətləri etiraf etməsi üçün təzyiqlərə məruz qaldığını deyib


 Məhəmməd Tağı Əkbərnejad
Məhəmməd Tağı Əkbərnejad

İranın ali dini lideri Əli Ayətullah Xameneinin siyasətini açıq şəkildə tənqid etməsi ilə tanınan iranlı din xadimi və seminariya professoru Məhəmməd Tağı Əkbərnejad Qum həbsxanasından çox nadir telefon danışığı zamanı yalan etiraflar etmək üçün təzyiqlərə məruz qaldığını və hakimiyyətin onu daim nüfuzdan salmaq cəhdləri ilə üzləşdiyini deyib.

İslam Respublikası rəhbərliyinin kəskin tənqidçilərindən olan Əkbərnejad fevralın 17-də İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin agentləri tərəfindən həbs edilib.

Telefonla danışığı zamanı Əkbərnejad 14 gün təhlükəsizlik təcridxanasının təkadamlıq kamerada qaldığını və etiraf etməsi üçün məmurların ona təzyiq göstərdiyini bildirib.

"Məhkəmə olmadan azadlığa çıxmağım üçün onlar mənim saxta etiraflar verməmi istədilər. Onlar mənim kamera qarşısına keçib, sözlərim və hərəkətlərimə görə peşman olduğumu deməmi istədilər", o deyib və törətmədiyi cinayətləri etiraf etmək üçün təzyiqlərə məruz qaldığını bildirib.

Onun dediyinə görə, bunları etməkdən imtina etdikdə məmurlar ona qarşı iddialar uydurmağa başlayıb. Onlar ehtiyacı olan ailələrə təzyiq göstərərək, onun onları aldatdığını demələrini və ona qarşı şikayət ərizəsi yazmalarını istəyiblər.

Əkbərnejadın tənqidi təkcə indiki rəhbərliklə məhdudlaşmır. O həmçinin İslam Respublikasının əsas ritorikası və strategiyalarını, o cümlədən onun qurucusu Ayətullah Ruhullah Xomeyninin strategiyalarını hədəf alıb.

Sosial şəbəkələrdə geniş şəkildə paylaşılan videoda o, Xomeynini dünyanı səhv başa düşməkdə və ölkəni düzgün istiqamətdən yayındırmaqda günahlandıraraq, 1980-ci illərdə səkkiz illik İran-İraq müharibəsini yanlış rəhbərlik nümunəsi kimi göstərib.

Din xadimi həmçinin hakimiyyətin inqilabdan əvvəl və sonrakı ritorikasında dəyişməsini tənqid edərək, onların hazırkı iddialarının referenduma çıxarılacağı təqdirdə ciddi ictimai dəstək qazanmayacağını irəli sürüb.

Əkbərnejadın işi İranın ali rəhbərliyini tənqid edən din xadimlərinə qarşı repressiya modelinin bir hissəsi kimi görünür.

Şirazın Xüsusi Ruhani Məhkəməsi bu yaxınlarda ruhanilər icmasındakı gərginliyi və hakimiyyətin müxalifəti yatırtmaq səylərini vurğulayaraq, Şahabəddin Hairi Şirazini üç il həbs cəzasına məhkum edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG