Accessibility links

İran Azərbaycanında COVID-19 məhbus fəalların həyatını təhlükəyə salıb


Ərdəbil həbsxanasında həbsdə olan Abbas Lisani və Yusuf Kari koronavirus şübhəlisi olaraq həbsxananın sağlamlıq mərkəzinə köçürülüb.

İranda İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı xəbərə görə, Abbas Lisani və Yusuf Kari bir neçə başqa məhbusla bərabər koronavirus simptomları olan hərarət, quru öskürək, təngənəfəslik və baş ağrısı aşkarlandığına baxmayaraq, müayinə və müalicə üçün xəstəxanaya getmələrinə izin verilməyib.

Azərbaycanlı siyasi məhbus Yusuf Karinin ailəsi ilə telefon bağlantısında ağır vəziyyəti olduğunu bildirərək deyib: “Mən və başqa bir neçə məhbus, o cümlədən Lisani virus simptomlarına görə həbsxana sağlamlıq mərkəzi tərəfindən bizə virusa yoluxma şübhəlisi olduğumuz bildirildi, ancaq buna baxmayaraq həbsxana sədri laqeyd qalaraq məhbusları həkim və tibbi yardımdan məhrum buraxıb.”

Abbas Lisani
Abbas Lisani

İran Azərbaycanında insan haqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyəti bu barədə BMT-nin Cenevrədəki Baş Qərargahına məktub ünvanlayaraq milli fəalların sağlamlığı ilə bağlı narahatlığını bildirib. Həmin məktubda İran İslam Respublikasının həbsxanalarda insanların sağlamlığını təmin etməyə gücü olmadığı bildirilib.

Ərk cəmiyyəti 5-ci dəfədir ki, azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlamlığı ilə əlaqədar BMT-yə müraciət edir.

Ötən günlər Lisani ona qoyulan qadağalar və məruz qaldığı təzyiqlərə etiraz olaraq 5 saatlıq oturaq aksiyası keçirmişdi.

Yusuf Kari
Yusuf Kari

Amnesty International onun həbsinə etiraz edib və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Abbas Lisani keçən il yanvarın 15-də məhkəməyə getdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil həbsxanasına aparılıb. O daha sonra Ərdəbilin İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə ikidən çox üzvü olan qrup qurmaq ittihamından səkkiz il həbs və iki il sürgünə məhkum edilib. Bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilib.

Ərdəbil həbsxanasında saxlanılan digər milli fəal Yusuf Kari ötən il sentyabrın 2-də Ərdəbildə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək fərqli ittihamlarla Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən altı il həbs cəzasına məhkum edilib. Ancaq daha sonra həbs cəzası Apelyasiya Məhkəməsi tərəfindən iki ilə endirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG