Accessibility links

Dünya qüdrətləri və İran arasında danışıqlar davam etdirilir


İran və beynəlxalq vasitəçilər danışıqların cümə axşamı günü də davam etdirilməsi haqda razılıq əldə edib. Danışıqların İranın beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırıcağı ilə nəticələnə biləcəyi ilə bağlı gözləntilər mövcuddur.

Cenevrə danışıqları iki həftə əvvəl inkişaf olmadan başa çatmış müzakirələrin birinci raundu əsasında aparılır. Təhlilçilər danışıqlarda Fransanın nəzərdə tutulmuş razılıqda İranın uran zənginləşdirilməsi proqramının təsirli şəkildə məhdudlaşdırılmasını əks etdirmədiyini deməsi ilə əlaqədar inkişafın olmadığını bildirib.

İran və Qərb ölkələrinin liderləri öz mövqelərini ifadə edərək, vasitəçilərin əsas məsələlərdə kompromisə getməyəcəyini bildirib.

İranın Ali dini lideri Ayətullah Xameneyi Tehran hökumətinin öz mövqeyindən bir addım belə çəkilməyəcəyini deyərək, İranın uran zənginləşdirilməsi hüququna malik olduğunu bəyan edib.

Vaşinqtonda ABŞ Dövlət katibi Con Kerri Birləşmiş Ştatların İranın nüvə qabiliyyətini artırması üçün vaxt qazanmasına imkan verə biləcək heç bir razılığı qəbul etməyəcəyini bildirib.
XS
SM
MD
LG