Accessibility links

İran Rusiyaya Ukraynada istifadə üçün silahlar verdiyini inkar edir


İran Rusiyanı “Ukraynada müharibədə istifadə etmək üçün” silahlarla təmin etdiyinə dair ittihamlara bir daha rədd edib. Bu barədə şənbə günü İranın xarici işlər nazirliyi bildirib.

Kyiv və onun bir çox Qərb müttəfiqi Moskvanı son həftələrdə Ukraynaya hücumlarda İran istehsalı dronlardan istifadə etməkdə ittiham edib. Bu məsələnin bazar ertəsi Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə müzakirə olunacağı gözlənilir.

Xarici işlər nazirliyi yaydığı bəyanatında bildirib ki, İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahian “vurğulayıb ki, İran İslam Respublikası Ukraynadakı müharibədə istifadə olunmaq üçün heç bir silah verməyib və verməyəcək.”

“Biz bu böhranın hər bir tərəfini silahlandırmağın müharibəni uzadacağına inanırıq,” İranın xarici işlər naziri portuqaliyalı həmkarı Joao Qomes Kravino ilə telefon danışığı zamanı bildirib.

“Biz nə Ukrayna nə də Əfqanıstan, Suriya və Yəməndə müharibənin doğru yol hesab etmirik.”

Əmir Abdullahian cümə günü Aİ-nin xarici siyasət şöbəsinin səfri Cozep Borrellə telefon söhbətində İranın səkkiz ay öncə başlayan müharibə ilə bağlı rəsmi neytrallıq mövqeyini təkrarlayıb.

“Bizim Rusiya ilə müdafiə əməkdaşlığımız var, amma bizim Ukraynadakı müharibə ilə bağlı siyasətimiz münaqişə tərəflərinə silah göndərməmək, müharibəni bitirmək və insanların didərgin düşməsinə son qoymaydır,” o deyib.

Bazar ertəsu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukraynanın bir neçə şəhərində enerji infrastrukturlarına hücumlarında İran dronlarından istifadə olunub.

Kyiv ötən ay Rusiyaya silah göndərdiyinə dair ittihamlar səbəbilə İranla diplomatik əlaqələrini əhəmiyyətləi dərəcədə azaldıb.

İran deyib ki, bu qərara “xarici media təbliğatının yaydığı əsassız məlumatlar” səbəb olub.

Birləşmiş Ştatlar sentyabr ayında Rusiyaya Ukraynada istifadəsi üçün İran dronlarını çatdırmağa yardım etməkdə ittiham etdiyi şirkətə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG