Accessibility links

İranlı rejissor Rəsulof kino dünyasını həmkarlarını dəstəkləməyə çağırıb


Məhəmməd Rəsulof
Məhəmməd Rəsulof

İrandan gizli şəkildə Avropaya qaçan kinorejissor Məhəmməd Rəsulof çərşənbə axşamı dünya kino ictimaiyyətini həmkarlarına "güclü dəstək" verməyə çağırıb.

Milli təhlükəsizlik ittihamı ilə həbs cəzasına məhkum edilmiş və son filmi bu ay keçiriləcək Kann kino-festivalına təqdim olunmuş Rəsulof hələ də İranda qalan həmkarlarının "təhlükəsizliyi və rifahından" narahat olduğunu deyib.

"Qlobal kino ictimaiyyəti bu filmlərin yaradıcılarına güclü dəstək verməlidir" - deyə, Rəsulof France-Presse agentliyinə açıqlamasında bildirib.

Rəsulof "milli təhlükəsizliyə qarşı sövdələşmə" ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcəyi məlum olduqdan bir neçə gün sonra İrandan gizli şəkildə qaçdığını bazar ertəsi elan edib.

Rəsulof son filmi "Müqəddəs Əncir Toxumu"nu Kann festivalından geri çəksin deyə, İran hakimiyyətinin təzyiqi altında idi.

Kann direktoru Tyerri Fremo festivalın 51 yaşlı Rəsulofun gələn həftə premyerada iştirak edə bilməsini təmin etmək üçün Fransa Xarici İşlər Nazirliyi ilə birlikdə işlədiyini deyib.

Rəsulofun açıqlamasında hələ premyerada iştirak edib-etməyəcəyini bilmədiyini bildirib.

2020-ci ildə Berlin Beynəlxalq Film Festivalında "There Is No Evil" filminə görə "Qızıl Ayı" mükafatını qazanan Rəsulof "Mən Avropaya bir neçə gün əvvəl uzun və mürəkkəb səyahətdən sonra gəldim" deyib.

Özü və rejissor həmkarları hakimiyyətin təzyiqinə məruz qalan Rəsulof ona qarşı irəli sürülən 8 illik "ədalətsiz" cəzanın tezliklə icra olunacağını bildiyini və qaçmaqdan başqa çarəsi olmadığını deyib.

Rəsulof "Mən həbsxana ilə İranı tərk etmək arasında seçim etməli oldum. Ürək ağrısı ilə sürgünü seçdim" yazıb.

Filmin çəkilişində iştirak edən bəzi həmkarları ölkəni tərk edə bilsələr də, digərləri orada qalıb.

"Mən onların hər biri haqda düşünürəm. Onların təhlükəsizliyi və rifahı məni qorxudur" - deyə, Rəsulof bildirib.

Forum

XS
SM
MD
LG