Accessibility links

Tramp İranın ABŞ dronunu qəsdən vurduğunu düşünmür


Tramp İranın ABŞ dronunu qəsdən vurduğunu düşünmür
please wait

No media source currently available

0:00 0:02:24 0:00

ABŞ prezidenti Donald Tramp cümə axşamı İrana qarşı hərbi hücumu təsdiq edib, daha sonra geri çəkilib. The New York Times və Washington Post qəzetlərinin verdiyi məlumata görə, Tramp İranda radar və raket batareyaları kimi hədəflərə bir sıra hücumlara dair göstəriş verib.

Tramp Kanadanın baş naziri Castin Trudo ilə görüşü zamanı müxbirlərə deyib ki, İranın ABŞ dronunu vurması Vaşinqtonla Tehran arasında artan qarşıdurmanı daha da qəlizləşdirəcək.

Həqiqəti bilmək istəyirsinizdə, mən bunun qəsdən olduğuna inanmıram. Düşünürəm ki, bunu nəzarətsiz axmaq biri edib.
Donald Tramp

“Həqiqəti bilmək istəyirsinizdə, mən bunun qəsdən olduğuna inanmıram. Düşünürəm ki, bunu nəzarətsiz axmaq biri edib”, Tramp deyib.

ABŞ ordusunun yüksək vəzifəli rəsmisi deyib ki, bu, İranın hava hövzəsini pozmayan ABŞ-ın kəşfiyyatçı dronuna qarşı qəsdən edilməmiş hücum olub.

“Bu hücum beynəlxalq gəmiçilik və ticarət azadlığına qarşı bu yaxınlarda törədilən təhlükələrdən sonra bizim əraziyə nəzarət etməmizin qarşısını almaq cəhdidir”, ABŞ Hava Qüvvələrinin Mərkəzi Komandanlığından general leytenant Cozef Quastella bildirib.

Bu son insident Hörmüz boğazında iki neft tankerinə mina hücumlarından sonraya təsadüf edib.

Birləşmiş Ştatlar hücumlara görə İranı günahlandırsa da, Tehran bu ittihamları rədd edir. Lakin İran rəsmiləri ABŞ dronunun vurulmasını təsdiq edib. Xarici işlər naziri Cavad Zərif cümə axşamı Twitter hesabında bildirib ki, İran müharibə istəmir, amma ərazisini müdafiə edəcək.

Birləşmiş Ştarlar da yeni müharibəyə cəlb olunmaq istəmir.

“Mən prezidentin müharibə başlatmaq istəmədiyini düşünürəm. Ölkəmizdə müharibəyə cəlb olunmaq istəyi yoxdur” – deyə, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

Lakin bəzi respublikaçılar deyir ki, İran Vaşinqtonu hərbi gücdən istifadə etməyə məcbur edə bilər.

“Əgər onlar gələn həftə uranı zənginləşdirməyə başlayaraq, bomba istehsal etmək yoluna daxil olsa, bu, İsraillə İran arasında gərginliyi artıracaq. Əgər onlar Amerikaya aid başqa bir şeyə qarşı da nə isə etsə və bu prezident buna Ronald Reyqan kimi cavab verməsə, bu, Şimali Koreya və bütün dünyaya bizim təkcə danışıqdan ibarət olduğumuza dair siqnal göndərəcək”, respublikaçı senator Lindsi Qraham deyib.

Donald Tramp
Donald Tramp

İran ABŞ-ın tətbiq etdiyi sanksiyalardan azad olmadığı halda növbəti bir neçə gün ərzində uran istehsalını artıracağını bildirib. ABŞ qanunvericiləri İran liderlərinin çarəsiz olduğunu deyir.

“Ayətullah bizi təhrik etməyə çalışır. Onun Avropadan yardım almayacağı aydındır və düşünürəm ki, biz indi etdiklərimizi davam etdirməliyik”, respubliakçı senator Con Kennedi söyləyib.

Birləşmiş Ştatlarla İran arasında gərginlik Tramp ötən il Tehranla İranın nüvə silahlarının inkişafını dayandırması məqsədilə əldə olunan razılıqdan geri çəkilməsindən sonra artıb. Tramp Tehranın nüvə silahları istehsal edə bilmədiyinə dair daha çox təminat istəyir və İranın regiondakı terror qruplarına dəstəyinə son qoymasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG