Accessibility links

İranın Ali Məhkəməsi güləşçinin ölüm hökmünü qüvvədə saxlayıb


İranın Ali Məhkəməsi 2018-ci ildə hökumət əleyhinə etirazlar zamanı bir mühafizəçini öldürdüyü ittihamı irəli sürülən güləşçiyə qarşı çıxarılan edam hökmünü qüvvədə saxlayıb. Güləşçi mühafizəçini öldürdüyünü işgəncə altında etiraf etdyini və öldürmədiyini deməsinə baxmayaraq, hökm yerinə yetiriləcək.

Navid Əfkari Səngari ailəsinə yaxın olan bir mənbə bazar ertəsi Amerikanın Səsinə müsahibəsində İran Ali Məhkəməsinin Əfkariyə qarşı edam qərarını avqustun 15-də təsdiqlədiyini və bunun edama bir addım daha yaxınlaşdırdığını deyib.

İran məhkəmə sisteminin Mizan xəbər agentliyi bazar ertəsi tvitter səhifəsində Ali Məhkəmənin qərarını təsdiqləyib, lakin edamın tarixi barədə məlumat verməyib.

İranın cənub-mərkəzi Şiraz şəhərindən olan 27 yaşlı Əfkari sərbəst və Yunan-Roma güləşi üzrə ölkəsində və beynəlxalq yarışlarda medallar qazanıb.

Fars əyalətinin paytaxtı Şirazın Cəza Məhkəməsi Əfkariyə ölüm hökmünü avqustun 2-də dövlətə məxsus su anbarının yerli mühafizəçisinin qətli ittihamı ilə vermişdi. Həsən Türkəmən İranın pisləşən iqtisadi vəziyyətinə və milli valyutanın dəyərinin düşməsinə qarşı digər şəhərlərdə olduğu kimi Şirazda hökumət əleyhinə etirazlar zamanı qətlə yetirilib.

Şiraz rəsmiləri qətl hadisəsi ilə əlaqələri olduğunu deyərək, Əfkari və qardaşı Vahidi 2018-ci ilin sentyabrın 17-də həbs edib. Həmin il onların üçüncü qardaşı Həbibi də həbs edilib. Onlar Şirazın Adil Abad həbsxanasında bir-birindən ayrı saxlanılıb.

Adil Abad həbsxanası
Adil Abad həbsxanası

Navid Əfkarini edam cəzasına məhkum edən Fars Cinayət Məhkəməsi qətldə iştirak etdiyini deyərək, qardaşı Vahidi 27 il həbs cəzasına məhkum edib.

Şirazın İnqilab Məhkəməsi də öz növbəsində Türkəmənin qətli və hökumət əleyhinə etirazlarda iştirak iddiası da olmaqla, hər üç qardaşa qarşı müxtəlif ittihamnlar irəli sürüb.

Amerikanın Səsinə məlumat verən mənbə üç qardaşın dindirilmə zamanı qətldə əlləri olduğu barədə etirafı işgəncələr altında verdiklərini deyib. Mənbə həm Navid, həm də Vahidin məhkəmədə işgəncə verilərək etiraf etdiklərini desələr də, lakin onların ifadələrinə əhəmiyyət verilmədiyini deyib.

Əfkari qardaşlarının anası Bəhiyə Namco avqustun 30-da sosial mediada paylaşılan video mesajında o, üç oğluna işgəncə verildiyini və təzyiqlərə məruz qaldığına görə Vahidin iki dəfə intihara cəhd etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG