Accessibility links

İranda ABŞ və İsrailə casusluqda ittiham edilən Mahmud Musəvi-Məcd edam edilib


İranda ABŞ və İsrailə casusluq, habelə İranın İnqilab Qvardiyasının komandiri Qasım Suleymaninin öldürülməsinə yardım ittihamı ilə üzləşən sabiq tərcüməçi Mahmud Musəvi-Məcd edam edilib.

Qasım Süleymani yanvarın 3-də səhər saatlarında Bağdad aeroportunu tərk etdikdən sonra İranın dəstəklədiyi silahlı dəstələrin üzvlərinin müşayiəti ilə səfər etdiyi zamanı ABŞ-ın hava hücumu nəticəsində öldürülüb.

Musəvi-Məcd 2018-ci ildə həbs edilmişdi. Onun edamı minlərlə iranlının sosial mediada edam hökmlərinə etiraz kampaniyası keçirildiyi bir vaxta təsadüf edir.

Sosial mediaya müxtəlif şəxslər və qruplar İran hökumətinin edam və təqibləri dayandırmaq tələbini dəstəkləyib.

Sosial mediada bu canlanma ilə İslam Respublikasının təhlükəsizlik orqanlarının idarə etdiyi provayderlər tərəfindən internetdə maneələr yaratdığı barədə məlumatlar yayılıb.

İran beynəlxalq hüquq müdafiəçiləri və Qərb hökumətləri tərəfindən ictimai etirazlar zamanı internet xidmətini pozduğuna görə qınanıb.

#DontExecute haştaqı ötən həftə dünyada milyonlarl dəfə tvit edilib.

İyulun 14-də İranın Məhkəmə heyəti ötən ilin noyabr ayında hökumət əleyhinə nümayişlərdə iştirak edən üç gəncə edam hökmlərinin ali məhkəmə tərəfindən təsdiqləndiyini açıqlayıb.

Lakin vəkil Babək Pakniya deyib ki, Əmirhüseyn Moradi, Məhəmməd Rəcəbi və Səid Təmjidi 2019-cu ilin noyabr ayında etirazlar zamanı törədilən yanğın səbəbi ilə edam cəzasına məhkum edilənlərin cəzasının icrası dayandırılıb.

Ali Məhkəmə onların işinə yenidən baxmalıdır.

Bu arada dövlət xəbər agentliyi İRNA ötən həftə Behbahan şəhərində keçirilən etiraz aksiyası iştirkaçılarının həba edildiyini bildirərək, nümayişi “qanunsuz və normaların pozulması” kimi qiymətləndirib.

Nə qədər adamın həbs edildiyi bildirilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG