Accessibility links

Umud Şükri: İranın enerji sənayesini yeniləmək üçün xarici sərmayə və texnologiyaya ehtiyacı var [Audio-Müsahibə]


Umud Şükrinin sözlərinə görə, nüvə razılığından sonra ümid edilən iqtisadi artımın baş tutmadığı İranda iqtisadiyyatın təməli olan enerji sənayesinin canlanması üçün xarici sərmayə və texnologiyaya ehtiyac vardır.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:42 0:00

ABŞ-da yaşayan enerji eksperti Amerikanın Səsinə müsahibədə İranda iqtisadiyyat, enerji və ətraf mühit məsələləri ilə bağlı çatışmazlıqları şərh edib.

Gözlənti bu idi ki, xarici sərmayələrin gəlməsindən sonra bütün sahələrdə canlanma olsun. Amma, gözlənilən sərmayə gəlmədi. Bu vəziyyət millətə də əks edilib. Millətin yaşayışına çox pis təsir göstərib.

“Nüvə razılığından öncə İranın iqtisadi durumu yaxşı sayılmazdı. Razılaşmadan sonra da İranın gözləntiləri qarşılanmadı. Gözlənti bu idi ki, xarici sərmayələrin gəlməsindən sonra bütün sahələrdə canlanma olsun. Amma gözlənilən sərmayə gəlmədi. Bu vəziyyət millətə də əks edilib. Millətin yaşayışına çox pis təsir göstərib,” Umud Şükri söyləyir.

Onun fikrincə, yaxın gəkəcəkdə İslam Respublikasının xarici siyasətində və ya Amerikanın nüvə razılığına dair planlarında baş verəcək dəyişikliklərə uyğun olaraq İranın iqtisadi durumunda da müsbətvə ya mənfi yöndə dəyişikliklər ola bilər.

ABŞ prezidenti Donald Trampın İranla nüvə razılığından geri çəkilməyə qərar verəcəyi ehtimalı haqqında danışılır.

Şükri belə bir durumda İranın enerji sektorunda köhnəlmiş infrastrukturunun yenilənməsinin imkansız ola biləcəyini önə çəkir.

Bu problemlərin həlli üçün tədbir alınmasa, yaxın gələcəkdə ölkə üçün ən böyük təhlükəsizlik təhdidi elə bu ətraf mühit məsələsi olacaq.

“İranın neft quyularının 50 faizi ömrünün yarısını keçirib. Bu quyulardan istehsal hər il 8 faiz aşağı düşür. Bu enişi önləmək üçün həm xarici sərmayə lazimdir, həm də xarici texnologiya. O teknologiya İranda yoxdur. Bunlar gəlməzsə İranın istehsal etdiyi neft, ixrac etdiyi ilə eyni rəqəm olacaq...”

Şükri həmçinin İranda artmaqda olan hava çirkliliyi, su böhranı və digər ekoloji problemlər haqqında danışıb.

“İranda ciddi ətraf mühit problemi var. Bu problemlərin həlli üçün tədbir alınmasa, yaxın gələcəkdə ölkə üçün ən böyük təhlükəsizlik təhdidi elə bu ətraf mühit məsələsi olacaq,” o, fikrini tamamlayır.

XS
SM
MD
LG