Accessibility links

İranda etirazlar "mollalar, rədd olun!" şüarı ilə davam edir


İranın keçən həftə Birləşmiş Ştatlarla gərgin qarşıdurması zamanı sərnişin təyyarəsini təsadüfən vurduğunu boynuna almasından sonra başlayan nümayişlər 1979-cu il İslam İnqilabından bəri baş qaldıran bir neçə etiraz dalğasının sonuncusudur.

Nümayişlər artıq üçüncü gündür davam edir. Daha əvvəl yayılan video-görüntülərdə Tehran və İsfahanda nümayşçilər "mollalar, rədd olun!" şüarları səsləndirib.

Tehranda polis etiraçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Tehranın polis rəisi General Hüsyn Rəhimi hökumət qüvvələrinin etirazçılarlara "səbr və döüzmlə" davrandığını israr edir.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp etirazçılaral tam dəstəyini ifadə edərək hökuməti insanları qırmamağa çağırıb.

Bundan əlavə prezident Tramp nümayişçilərin hakimiyyət tərəfindən İran küçələrində boyanmış Amerika bayrağı üzərində getməkdən imtina etməsini xüsusi qeyd edib.

Ukrayna təyyarəsi vurularkən çoxu iranlı olmaqla, 176 nəfər sərnişinin ölməsi iranlıları şoka salıb. Əhalinin əksəriyyəti hökumətin əvvəlcə yalandan təyyarənin qəzaya texniki problem səbəbindən düşdüyünü deməsinə görə qəzəblidir.

İranlılar eləcə də ABŞ-ın 2015-ci ildə dünya gücləri ilə imzalanan nüvə sazişindən çıxmasından və Trampın İrana qarşı sərt sanksiyalar tətbiq etməsindən sonra daha da ağırlaşan iqtisadi böhrandan əziyyət çəkir.


Tramp administrasiyası ABŞ-ın tətbiq etdiyi sanksiyaların da təsiri olmaqla nümayişlərin uzun zamandır rəqibi olduğu ölkədə siyasi dəyişikliklərə səbəb olacağına ümid bəsləyir.

Eyni ABŞ-ın Bağdadda oldürdüyü general Qasım Süleymaninin dəfn mərasiminə minlərlə adamın qatılması hökumətə dəstəyin miqyası barədə qeyri-müəyyən mənzərə yaradır. Hökümətin bir çox tənqidçisi belə Süleymanini İslam Dövlətini məğlub etməyə yardım edən və Yaxın Şərqdəki Qərb hegemonluğuna müqavimət göstərən bir qəhrəmanı kimi qiymətləndirib.

Sosial mediada paylaşılan videoda etirazçılar "Süleymani də qatildir, onun rəhbəri də" deyə şüarlar səsləndirərək küçərələ vurulmuş Slüyemaninin portretlərini cırıblar.

İranın təhlükəsizlik qüvvələri əvvəllər də İslam Respublikasını təhdid edənlərə qarşı ölümcül bir güc tətbiq edəcəyini göstərib. İnsan haqları qrupları benzinin bahalaşmasına səbəb olan nümayişlərdə yüzlərlə insanın öldürüldüyünü deyib.

İranda mövcud hakimiyyət Şah Rza Pəhləvinin devrilməsinin ardınca 1979-cu ildə İslam İnqilabından sonra formalaşıb. Xarizmatik ruhani Ayətulla Ruhulla Xomeyni ölkədə şəriətə əsaslanan və bir çox sosial-siyasi hüquqları məhdudlaşdıran rejim qurub.

Şərhlərə bax

XS
SM
MD
LG